Naxçıvan iqtisadiyyatı 1,2% artıb, ixracı 100 milyon manata yaxınlaşıb
Muxtar respublikada 2018-ci ilin yanvar-aprel aylarında 711 milyon 398 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
"Marja" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 1570 manata çatmışdır.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 322 milyon 695 min manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
* * *
Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-aprel aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 286 milyon 580 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 269 milyon 855 min manatı və ya 94,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
Bu ilin yanvar-aprel aylarında 38 milyon 757 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 7821 tona, süd istehsalı isə 25 min 278 tona çatmışdır. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5 faiz, süd istehsalı isə 2 faiz artmışdır.
* * *
2018-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 16 milyon 740 min manat olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 13 milyon 584 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,7 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2018-ci ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 18 milyon 186 min 800 manat məbləğində kreditlər verilmişdir. Bu da bir il öncəki göstəricidən 2,6 dəfə çoxdur. Həmin kreditlərin 1 milyon 836 min 100 manatı və yaxud 10,1 faizi qısamüddətli, 16 milyon 350 min 700 manatı və yaxud 89,9 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 376 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 250 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 may 2018-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 69 min 757-yə çatmışdır ki, bunun da 60 min 823-ü və ya 87,2 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-aprel aylarında açılmış 5131 bank hesabının 5063-ü aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 may 2018-ci il tarixə 1266-ya çatmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2018-ci ilin yanvar-aprel aylarında 108 milyon 711 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 98 milyon 117 min 200 ABŞ dolları təşkil etmiş, 87 milyon 522 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
* * *
2018-ci ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 421 manata çatmışdır ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
* * *
1 aprel 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3630 nəfər artaraq 453 min 461 nəfər olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
4 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
4 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
5 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
























