ABŞ-da neft ehtiyatları azaldı - QİYMƏTLƏR YÜKSƏLİR
ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 1,4 milyon barrel (0,3 faiz) azalaraq 432,4 milyon barrelə gerilədiyini açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 800 min barrel azalma göstərəcəyi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,2 milyon barel azalmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da keçən həftə 1,5 milyon barrel (0,2 faiz) azalaraq 662 milyon barrelə enib.
ABŞ-ın benzin ehtiyatları da keçən həftə 3,8 milyon barel (1,6 faiz) azalaraq 232 milyon barelə düşüb. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,4 milyon barrel azalma göstərəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,2 milyon barrel azalma göstərmişdi.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 278 min barel artımla 7,6 milyon barelə qalxıb, xam neft ixracı da gündəlik orta hesabla 689 min barel artımla 2,57 milyon barelə çatıb.
Xam neft hasilatı son 18 həftədə 17 dəfə yüksəlib
ABŞ-ın xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 20 min barel artımla 10,72 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 18 həftədə da 17 dəfə artım göstərmişdir.
EIA-nın 2018-ci ilin May ayı hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir. Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyması nəzərdə tutulur.
Neft qiymətləri artır
ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı azalmanın bazar proqnozlarının üzərində açıqlanmasının ardından qlobal bazarda xam neft qiymətləri artır.
Bakı vaxtı ilə saat 21.00-da dünya üzrə ən geniş istifadə edilən Brent növü neftin barrel qiyməti 78,78 dollara, ABŞ-ın Qərbi Texas (WTI) tipli xam neftin barrel qiyməti də 71,31 dollara qədər yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 23 saat əvvəl
-
-
23 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)





.jpg)







