Sarı pendir istehsal edəcək müəssisə işə düşdü
Mayın 11-də Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Saatlı rayonunun Günəşli kəndində inşa edilən süd emalı müəssisəsi fəaliyyətə başlayıb.
Tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin nümayəndələri iştirak edib.
Süd emalı müəssisəsinin fəaliyyətə başlaması nəticəsində Günəşli kəndində təsərrüfatlar istehsal etdikləri südü emal edəcək ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Layihə çərçivəsində 6 ədəd müxtəlif təyinatlı süd emalı avadanlığı quraşdırılıb. Müəssisədə hər gün 20 ton süd qəbul olunacaq ki, nəticədə 500 kiloqram sarı pendir, 400 kiloqram ağ pendir istehsal ediləcək və burada ümumilikdə 20 nəfər çalışacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
1 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
20 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 21 saat əvvəl
-
21 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























