Havanın temperaturu aşağı enəcək
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 14-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, aprelin 14-dən 15-i gündüzədək güclü xəzri küləyi fonunda temperaturun aşağı enməsi və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlarda narahatlıq yarada bilər.
ETSN xəbərdarlıq edir ki, aprelin 14-dən 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















