“İdxaldan asılılıq 30%-ədək azala bilər”
“Ölkədə ilk növbədə daha çox idxal edilən məhsullardan asılılığın azaldılması istiqamətində tədbirlər həyata keçirilməlidir.Dövlət başçısına bu məhsulların siyahısı təqdim olunub”.
Bunu bu gün Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda sahibkarların sualını cavablandıran iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
“Dövlət başçısı bununla bağlı çağırış etdi ki, biz hansı məhsulu xaricdən daha çox idxal ediriksə, sahibkarlar həmin məhsulları istehsal etsinlər. Bunun sayəsində ölkənin idxal etdiyi məhsullardan asılılığı 10-30% azala bilər.
Sahibkarlar ilk növbədə dövlət qurumları ilə birlikdə ölkəmizdə hansı məhsulların idxalında asılılığımızın olduğunu müəyyən etməlidirlər. Müəyyən oldunduqdan sonra biz həmin məhsulların Azərbaycanda istehsalının təşkili istiqamətində çalışmalıyıq. Sahibkarlar isə təklif edirlər ki, biz həmin məhsulların ölkəyə idxalını yüngülləşdirək. Biz idxalın yüngülləşdirilməsini təşviq etməli deyilik. Burada əsas məqam ölkədə bu məhsulların istehsalının təşkilidir, ilk növbədə bunu dəstəkləməliyik. Sahibkarlara da bunu təklif edirik”.
"ŞƏKƏR İDXALINA 185 MİLYON DOLLAR GEDİR"
Ş.Mustafayev vurğulayıb ki, konfransdan sonra sahibkarlarla İqtisadiyyat Nazirliyində görüşlər keçiriləcək:
“Dövlət başçısının təhlil etdiyi bu siyahını sahibkarlara təqdim edəcəyik. Daha sonra sahibkarlarla birlikdə idxaldan daha çox asılı olduğumuz məhsulların istehsalı ilə bağlı təşviqat işləri həyata keçiriləcək. Misal olaraq, ölkədə 30-40 min hektar ərəzidə çuğundur istehsalı 2 mln. tondur, bu qədər çuğundur isə 200 min ton şəkər deməkdir. Bu gün Azərbaycan xam şəkərin idxalına ildə 185 mln. ABŞ dolları vəsait ödəyir. Bu istehsalı özümüz həyata keçirsək, bu vəsait Azərbaycanın daxili işlərinə yönəldilər. Şərabçılıq sahəsində də problemlər var. Şərab istehsalı üçün də biz butulka, probkalar və digər vasitələri idxal edirik. Çalışmalıyıq məhz bu sahələrdə istehsal olsun. Ölkə sahibkarlığı ilk öncə strateji yol olaraq daxili istehsalın inkişafını prioritet olaraq qarşısına məqsəd qoymalıdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)






