AYİB-in 2017-ci ildə Azərbaycanda əsas PRİORİTETİ
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2017-ci ildə Azərbaycanda əsas prioriteti birbaşa maliyyələşdirmə vasitəsilə yerli korporasiyalara dəstək olmaq olacaq.
Bunu müsahibəsində AYİB-in Bakı ofisinin rəhbəri İvana Duarte deyib.
Onun sözlərinə görə, bank AYİB-in Azərbaycandakı tərəfdaş banklarını mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsində və maliyyə vəsaitlərinə çıxışın yaxşılaşdırılması üçün yeni maliyyə alətlərinin hazırlanmasında dəstəyini davam etdirəcək. Məsələn, aqrar sənaye sektorundakı layihələr üçün.
"Biz həmçinin enerji layihələrinə investisiyaları davam etdirəcəyik, xüsusilə də səmərəliliyin və enerji təhlükəsizliyinin daha da artırılması üçün əsası olan enerji layihələrinə. AYİB əvvəlki kimi yol infrastrukturuna sərmayə qoyacaq, həmçinin təbii ehtiyatlar sahəsində işini davam etdirəcək", - Duarte deyib.
O, qeyd edib ki, AYİB Azərbaycanın maliyyə sektorunda vəziyyətin yaxşılaşdırılması istiqamətində də fəaliyyət göstərəcək:
"Əlavə səylər ölkənin maliyyə sektorunda vəziyyətin yaxşılaşdırılması üçün atılacaq, xüsusilə biznes mühitinin sabitləşdirilməsi məqsədi ilə kreditləşmə sahəsində etimadın artırılması üçün. AYİB həmçinin biznes mühitinin yaxşılaşdırılmasına yönələn struktur islahatlarının həyata keçirilməsi sahəsində hökumətlə işləməyi davam etdirəcək".
AYİB-in Bakı ofisinin rəhbəri bankın Azərbaycan üzrə portfeli və razılığı ötən il əldə olunmuş layihələr haqqında da danışdı:
"2016-ci ildə AYİB Azərbaycan ilə investisiyaların ümumi həcmi 59 milyon avro olan 9 layihə imzalayıb. İlin yekunlarına görə, bankın ölkədə ümumi portfeli 160 layihə təşkil edib, təmiz investisiya həcmi isə 3 milyard dolları keçib. Layihələrin əsas hissəsi enerji sektoruna düşür - onların portfeldə payı 43 faizə çatır. Sonra infrastrukturun inkişafı gəlir - bu sektorun bankın Azərbaycan üzrə portfelində 40 faiz təşkil edir. Qalan 17 faiz maliyyə sahəsinə, sənaye və xidmət sektoruna düşür".
Azərbaycanla AYİB ilə 1992-ci ildən əməkdaşlıq edir. AYİB-in əsas vəzifələrdən biri orta və kiçik özəl müəssisələrə investisiya qoyuluşu yolu ilə Azərbaycanın qeyri-neft sektorunun sabit inkişafını təmin etməkdir. Azərbaycan Cənubi Qafqazda AYİB-in ən iri benefisiarı sayılır. Azərbaycan MDB məkanında və Şərqi Avropa regionunda ən iri kredit götürənlərindən biridir.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
-
19 d. əvvəl
Pulu dollarda olanların nəzərinə - İRİ DÖVLƏT ŞİRKƏTİ İLLİK 7 FAİZ GƏLİR TƏKLİF EDİR
- 32 d. əvvəl
-
52 d. əvvəl
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
- 59 d. əvvəl
-
1 saat əvvəl
Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
424 min 437 KOB subyektlərində 418 min nəfər çalışır
“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
Ən çox oxunanlar
"BOA Agency"də növbədənkənar ümumi yığıncağı keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Elektron siqaretlər qadağan olunur - Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq
Qızılın qiyməti 4 500 dollara yaxın səviyyədə yeni rekord həddə çatıb; ABŞ–Venesuela gərginliyi diqqət mərkəzindədir
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur





















