“LBL Qrup” istixana təsərrüfatını genişləndirir
Horadiz şəhərindəki istixana kompleksində ixracyönümlü məhsul olan pomidor və xiyar yetişdirilir. “LBL Qrup” MMC tərəfindən yaradılan kompleksin ümumi ərazisi 16 hektar, istixana təsərrüfatının sahəsi isə 2 hektardır. Kompleksdə əsasən yerli istehsal olan müasir avadanlıqlar quraşdırılıb.
Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. İlkin mərhələdə kompleksdə rayondan olan 40 məcburi köçkün daimi işlə təmin edilib.
Ötən il “LBL Qrup”un istixanasında 280 ton xiyar, 110 ton pomidor istehsal olunub. Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, ərazidə 2 su anbarı və məhsulun paketlənməsi anbarı tikilib. Daha 2 hektar ərazidə istixananın qurulmasına başlanılıb. Ümumilikdə isə istixananın sahəsinin 10 hektara, işçilərin sayının isə 200-ə çatdırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
31 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





























