Mənzil alanlar 4 ildə 90.000 manata qədər qazanıblar
Bir çox insan əlindəki sərmayəni necə dəyərləndirmək barədə düşünür. Sərmayə qoymağın əsas məqsədi əlinizdəki vəsaiti qorumaqla bərabər qazanc əldə etməkdir. Sərmayəni dəyərləndirməyin bir çox yolu var. Amma ilk olaraq ağılımıza əmlak, birja və qızıl sərmayəsi gəlir.
Ən doğru yolu seçib, sərmayənizin risksiz dəyər qazanmasını istəyirsinizsə, daşınmaz əmlaka yəni mənzilə investisiya qoymaq çox vacibdir. Təsadüfi deyil ki, iş adamları investisiyalarını çox vaxt daşınmaz əmlaklara yatırırlar. Dünyada bunun üçün ən ideal şəhər London sayılır.
Londonda evi olmayan məşhur iş adamlarına az rast gəlmək mümkündür. Burada ortalama bir evin qiyməti 500 min funt-strenliqə (təqribən 1,2 milyon manat) bərabərdir. Britaniyanin “The Evening Standard” qəzetinin məlumatına görə, Londonda 2 milyon funt-sterlinqdən (8 milyon manat) baha olan evlərin sayı 1000-i keçib. Statistikaya görə, Londonda hər il evlərin qiyməti 5 faiz artır. Son bir ildə isə elit mənzillərin qiymətində 32 faiz artım müşahidə olunub.
2020-ci ildə Londonda ortalama bir evin qiymətinin 2 milyon manata qədər qalxacağı heç kimdə şübhə doğurmur. Təkcə İngiltərə, Londonda deyil, dünyanın bir çox ölkələrində bu sektorda qiymət artımı müşahidə olunur. Bu göstəricilər iş adamlarının yatırımını daşınmaz əmlakdan (mənzildən) yana etmələrinə əsas səbəbdir. Azərbaycanda da inşaat sektorunda olan irəliləyişə görə daşınmaz əmlak sərmayəsi ən qazanclı və risksiz sərmayə sayılır.
Bəs sərmayə qoymaq üçün mənzil alarkən nələrə diqqət edilməlidir?
Ən önəmli məsələ tikinti şirkətinin nüfuzudur. Şirkətin hesabında bir çox uğurlu layihə olması və kifayət qədər tanınması da önəmlidir.
Binanın avtobus dayanacağına, metro stansiyasına yaxın olması, şəhərin gələcək üçün nəzərdə tutuluna baş planında önəmli ifrastrukturda yer alması və şəhərin önəmli yerlərinə qısa müddətdə gedib-gəlmə imkanını da nəzərə almaq vacibdir.
Daşınmaz əmlak alarkən başlıca məsələlərdən biri də, mənzillərin çıxarışla (kupça) təmin olunmasıdır.
Yatırım üçün düşündüyünüz mənzili alarkən mənzilin qazandığı dəyərə də diqqət edilməlidir.
Məsələn: Mənzil aldığınız şirkətdə 5 il öncə eyni mənzili hansı qiymətə almaq olardı? Və bu gün o mənzilin qiyməti neçəyədir?! Əgər qiymətlər artan qrafiklə gedirsə deməli siz yatırım üçün düzgün tikinti şirkətini seçmisiniz.
Düzgün sərmayə, ağıllı yatırım – Melissa Park
Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilən Melissa Group 2000-ci ildən fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətinə başladığı gündən inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.
Şəhərimizin əsas infrastruktur qovuşaqlarının yaxınlığında yerləşən Melissa Park yaşayış Kompleksi şəhərin ən əsas yolları ilə əhatə olunmuşdur – Tbilisi prospekti, Zərdabi prospekti və Salamzadə küçəsi istiqamətində giriş-çıxışlar mövcuddur. Kompleksdən 20 yanvar metro stansiyasına 10 dəqiqəyə piyada çatmaq olar. Melissa Group tikinti şirkəti, Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin etməkdədir. Məhz buna görə də yaşayış kompleksində mənzil sahibi olmaq üçün tərəddüd etməyinizə gərək yoxdur.
2014-cu ildə Mellisa Parkda təmirli mənzilin 1 kvadrat metrinə təqribən 900-1000 manata sahib olmaq mümkün idisə, hal-hazırda bu qiymət 1500-1800 manat civarındadır. Bu o deməkdir ki, 2014-cü ildə 100 kv.m. mənzil alan şəxslər 4 il ərzində 90.000 manata qədər dəyər qazanıblar. Buda şirkətin mənzillərinin dəyərinin artan qrafiklə getməsinin əyani sübutudur.
Gələcəyinizi düşünüb, ağıllı və risksiz yatırım etmək istəyirsinizsə, yolunuzu Melissa Parkdan salın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
1 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
2 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
2 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza





















