Əmanətlərin faizləri qalxdı
İndi əmanətindən gəlir əldə etmək istəyənlər daha faydalı əmanət faizlərindən faydalana bilərcəklər. Bu gündən etibarən Bank Respublika fiziki şəxslərin manat və ABŞ dolları ilə yerləşdirilən müddətli əmanətləri üzrə faiz dərəcələrini artırıb.
Bu barədə "Marja"ya Bankdan bildirilib.
Belə ki, milli valyuta ilə fiziki şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin 12 aydan sonra çıxarıldığı təqdirdə illik 8%-dən 9%-ə qaldırılıb. 24 ay müddətinə qoyulan əmanətlərdə faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda isə faiz dərəcəsi illik 10.5 % təşkil edəcək.
Bank Respublika-da əmanətlərin yerləşdirməsinin bir neçə üstünlükləri də var. Əmanətin qarşısında sərfəli şərtlər ilə kredit almaqla yanaşı Mobil və İnternet Şöbə xidmətlərindən tam pulsuz istifadə etmək olar.
Depozit hesabını bankın istənilən filial və ya şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrinə aiddir.
Bank Respublika AR Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və 25 ildir ki, “SizəFaydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir.
Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.
Ətraflı: https://bankrespublika.az/
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
40 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
























