Şənbə və bazar yollarda özünüzü qoruyun
2017-ci ildə ölkənin avtomobil yollarında 1833 və ya 2016-cı illə müqayisədə 8,6 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,6 faiz azalaraq 2469 nəfər olmuşdur. Onlardan 750-si həlak olmuş, 1719-u isə yaralanmışdır. Hadisələrin 43,5 faizi gündüz, 38,0 faizi gecə, 18,5 faizi isə toran vaxtı baş vermiş, 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
Yol-nəqliyyat hadisələrinin 87,7 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilə nisbətən 4,2 faiz artaraq 518 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1613 nəfər olmuşdur.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2017-ci il, vahid | 2016-cı ilə nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 1833 | 91,4 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 225 | 86,5 |
yaşayış məntəqələrində | 1608 | 92,1 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 797 | 90,3 |
toran vaxtı | 340 | 86,5 |
gecə vaxtı | 696 | 95,3 |
Yol örtüyünün vəziyyətinə görə | ||
quru yol örtüyü | 1751 | 93,7 |
digər (yaş, buz və s.) | 82 | 59,9 |
Zərərçəkənlərin sayı, nəfər | 2469 | 89,4 |
həlak olanlar | 750 | 98,8 |
yaralananlar | 1719 | 85,8 |
Bütün yol-nəqliyyat hadisələrinin 51,2 faizi (əvvəlki illə müqayisədə 6,3 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 30,8 faizi (22,7 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 18,1 faizi (16,0 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,0 faizini, yaralananların isə 71,4 faizini kişilər təşkil etmişdir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 29 hadisə baş vermiş, nəticədə 16 nəfər ölmüş, 25 nəfər isə yaralanmışdır. Belə hadisələrin 75,9 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.
İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2016-cı ilə nisbətən 17,6 faiz artaraq 3365,4 min olmuşdur. Xətaların 52,5 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (2016-cı illə müqayisədə 23,5 faiz çox), 10,0 faizi dayanma və ya durma qaydalarının pozulması (1,3 faiz az), 10,0 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (0,9 faiz çox), 9,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (46,2 faiz çox), 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (0,8 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanmışdır. Qaydaların pozulmasına görə 73,7 milyon manat məbləğində cərimələr tətbiq edilmişdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 10 d. əvvəl
-
- 13 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
Ən çox oxunanlar
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək




















