Dollara təsir edə biləcək kritik məlumatlar açıqlanacaq
Bu gün Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və orta saatlıq əməkhaqqı artımı məlumatlarına fokuslanıb.
“Marja” xəbər verir ki, ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaqdır. ABŞ-da 2018-ci ilin Yanvar ayında məşğulluğun 184 min artacağı gözlənilir. Dekabrda məşğulluq 148 min nəfər artmışdı.
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin dəyişməyərək Yanvarda 4,1%-də qalacağı proqnozlaşdırılır.
Yanvarda orta saatlıq maaşın aylıq 0,3% artacağı gözlənilir. Dekabrda da artım 0,3% təşkil etmişdi.
ABŞ-da məşğulluğun artması, FED-in faiz artırması üçün mühüm əhəmiyyət daşıyan məlumatlardan biridir.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
ABŞ Mərkəzi Bankı Fed-in bu il birincisi Martda olmaqla 3 dəfə faiz artıracağı gözlənilir. Borclanma faizləri yüksələcəyindən dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkdir və bunun da dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)












.jpg)

