Dünyanın ən uzun kanat yolu açılıb
Birləşmiş Ərəb Əmirliklərinin Ras-Əl-Xeyma əmirliyində dünyanın ən uzun kanat yolu (Zipline Ras Al Khaimah) açılıb.
Cebel Cays dağlarında yerləşən və Ginnessin rekordlar kitabına düşən yeni attraksion 2,83 kilometrdir.
İki xətdən ibarət olan kanatın gün ərzində 200 və ya il ərzində təxminən 100 min adama xidmət göstərəcəyi gözlənilir. Bir enmənin qiyməti 650 dirhəmdir (178 ABŞ dolları). Yolda olma müddəti 2-3 dəqiqə arasıdır. Ekstremal vəziyyət həvəskarının çəkisi maksimum 150, minimum 45 kiloqram olmalıdır.
Xatırladaq ki, bundan əvvəlki rekord Puerto-Rikoda uzunluğu 2,2 kilometrə bərabər olan kanata məxsusdur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















