"İstixanaların hamısında pomidor yetişdiriləcəksə, bazar tapmaq çətin olacaq"
"400 hektarda salınan istixanaların hamısında pomidor yetişdiriləcəksə, bəlkə bu qədər bazar da tapmaq çətin olacaq".
"Marja" xəbər verir ki, bunu prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.
"Ölkəmizdə dörd yüz hektardan çox sahəsi olan istixanalar yaradılır. Onların bir neçəsi artıq fəaliyyətə başlayıb. Bu proses geniş vüsət alıb, çox böyük maraq, çox böyük gəlir var. Sahibkarlar da bundan çox faydalanırlar. İxracla bağlı bizim heç bir problemimiz yoxdur. Biz yeni ixrac bazarlarına çıxırıq və çıxacağıq. Ancaq unutmamalıyıq ki, ənənəvi ixrac bazarlarımız bizim üçün ən əlverişli bazarlardır. Ona görə istixanaların yaradılması prosesi sürətlə gedir. İxrac da ciddi şəkildə artır və artacaqdır. İndi biz özümüzü tərəvəzlə nəinki tam təmin edirik, bizim böyük ixrac imkanımız var. Ona görə 400 hektardan çox sahədə salınan istixanaların hamısı məhsul ixrac edəcək. Sahibkarlar indidən öz partnyorları ilə iş qursunlar, onları dəvət eləsinlər, göstərsinlər, Azərbaycan məhsullarının üstünlüyünü izah etsinlər. Dövlət əlbəttə ki, bu sahədə də öz dəstəyini göstərir. Dövlət qurumları bu işlərlə məşğuldurlar. Qida təhlükəsizliyi qurumu ciddi məşğul olmalıdır. Sahibkarlar özləri də məsuliyyətli olmalıdırlar. Onlar elə bir keyfiyyətli məhsul yetişdirməlidirlər ki, ixracla heç bir problem olmasın. Çünki 400 hektarda yaradılan bu istixanalar daxili bazar üçün hesablanmayıb. Ona görə burada bazarlara adekvat şəkildə məhsulların istehsalı da təşkil edilməlidir. Yəni, mənim tövsiyəm ondan ibarətdir ki, burada, sadəcə olaraq, bir məhsul deyil, çox çeşiddə məhsul yetişdirilməlidir".
İlham Əliyev qeyd edib ki, keçən il pomidor ixracı rekord həddə çatıb, ölkəyə 151 milyon dollar valyuta gəlib: "Buna da böyük tələbat, böyük maraq var. Ancaq yenə də deyirəm, 400 hektarda salınan bu istixanaların hamısında pomidor yetişdiriləcəksə, bəlkə bu qədər bazar da tapmaq çətin olacaq. Ona görə həm dövlət qurumları, həm sahibkarlar özləri marketinq aparsınlar. Bazarların marketinqini aparsınlar ki, harada nə satmaq olar, harada hansı məhsullar üçün daha böyük tələbat var və hansı ölkələrdə daxili istehsal artır. Biz onu da həmişə yadda saxlamalıyıq ki, əgər indi ənənəvi bazarımız olan ölkələrdə daxili istehsal bu və digər məhsullar üzrə artırsa, deməli, ixracımız üçün problem yarana bilər. Ona görə burada çox çevik siyasət aparılmalıdır, əlbəttə ki, dövlət qurumlarının nəzarəti altında və köməyi ilə".
Dövlətimizin başçısı qeyd edib ki, bu il bizdə tərəvəz istehsalı və ixracı kəskin artacaq:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
2 saat əvvəl
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
-
2 saat əvvəl
Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyasını imzaladı - TAM VERSİYA
-
4 saat əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
-
4 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq"
ABŞ-ın Vitse-prezidenti ilə məhdud və geniş tərkibdə görüş keçirilib
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
Ən çox oxunanlar
Dövlət Agentliyinin sədrinə yeni müavinlər təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım


























