Gömrük əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələr artırılıb
Gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2011-ci il 25 fevral tarixli fərmanda dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
Qeyd edək ki, prezidentin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2011-ci il 25 fevral tarixli fərmanında gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulub. Dövlət başçısının 29 fevral 2016-cı il tarixli fərmanı ilə bu vəsaitin həcmi 50 faizə çatdırılıb.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 7 d. əvvəl
-
12 d. əvvəl
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
- 13 d. əvvəl
-
22 d. əvvəl
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
- 54 d. əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb
Ən çox oxunanlar
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
“İrana bombardmançı təyyarələrimizi göstərdik”
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb




















