Gömrükdən keçilmə vaxtı 3 saatda 20 dəqiqə azaldılıb
Bu gün Dövlət Gömrük Komitəsində (DGK) kollegiya iclası keçirilib. Tədbirdə çıxış edən komitə sədrinin birinci müavini Səfər Mehdiyevin sözlərinə görə, ötən il DGK üçün uğurlu olub və əldə olunan nailiyyətlər heç də asan başa gəlməyib.
S. Mehdiyev qeyd edib ki, ötən il makroiqtisadi sabitlik təmin edilib və burada gömrük ödənişlərinin alınaraq dövlət büdcəsinə köçürülməsinin təmin olunması böyük rol oynayıb: "Ötən il gömrük daxilolmaları ilə bağlı proqnoz artıqlaması ilə yerinə yetirilib. İl ərzində komitənin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 810 mln. manat məbləğində proqnoza qarşı 2 mlrd. 291 mln. 597,51 min manat daxil olub. Gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 699 mln. 690,08 min manat və ya 43,95% artıb. 2016-cı il ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 600 mln. 208,37 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 515 mln. 252,82 min manat, aksizlər üzrə 92 mln. 894,26 min manat, yol vergisi üzrə isə 83 mln. 242,06 manat təşkil edib".
Sədr müavini bildirib ki, ötən il ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 mlrd. 675 mln. 727,26 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 19,46% azdır. "Ötən il ərzində idxal əməliyyatları 8 mlrd. 532 mln. 447,51 min dollar olub ki, bu da 2015-ci illə müqayisədə 7,42% azdır. Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 9 mlrd. 143 mln. 279,75 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 28,17% azdır. Nəticədə 610 mln. 832,24 min dollar məbləğində müsbət saldo yaranıb".
Onun sözlərinə görə, Azərbaycanın gömrük sərhədlərinin keçilmə vaxtı 3 saatda 20 dəqiqə azaldılıb.
S. Mehdiyev deyib ki, ötən il gömrük hüquqpozmalarına qarşı mübarizə də davam etdirilib: "Ötən il 516 cinayət xarakterli fakt qeydə alınıb. Onlardan 323 qaçaqmalçılıq faktı, 129 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlardır. Tutulmuş narkotik vasitələrin miqdarı 1 136 025.0150 qram, tutulmuş psixotrop maddələrin miqdarı 107.5795 qram olub. Gömrük ödənişlərinin ödənilməsindən yayınma 6, aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə 83, digər cinayət xarakterli faktlar 16 olub".
Sədr müavini bildirib ki, ötən il aşkar edilmiş inzibati xəta faktları 8 500 olub ki, onlardan kənarkeçirmə 5, gizli keçirmə 559, bəyan etməmə 319, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması 6 078, geri aparmama (gətirməmə) 325, gömrük ödənişlərindən yayınma 63, aksiz markasız idxal 6 olub.
Çıxışının sonunda S. Mehdiyev qeyd edib ki, dünyada davam edən iqtisadi böhran Azərbaycanda aparılan iqtisadi artıma ciddi təsir etmir. O vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı davam etdiriləcək. "2017-ci ildə gömrük orqanları qarşısında duran 2 mlrd. 210 mln. manat proqnoz öhdəliyinin dövlət büdcəsinə köçürülməsi tam olaraq yerinə yetiriləcək", - deyə o əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 1 gün sonra
-
14 saat sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
“Güzəştli mənzil” sisteminə xüsusi proqram ilə müdaxilə edən şəxslər cinayət məsuliyyətinə cəlb edildi - AÇIQLAMA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Ermənistana Azərbaycan ərazisindən taxıl göndərilməsi, Azərbaycandan neft məhsullarını satın alınması etimad quruculuğu proseslərindəndir”
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!



















