Dollar, Fed-in faiz qərarından sonra ucuzlaşıb
Dollar, Fed-in faiz qərarını açıqlamasının ardından ucuzlaşıb. "Marja" xəbər verir ki, Fed, gözlənildiyi kimi faizləri artırdı, ancaq gələn il üçün faiz artırımları artırımı proqnozunda dəyişikliklər etmədi. Yəni, bazarlar üçün sürpriz yoxdur.
Fed bəyan edib ki, 2018-ci ildə 3 dəfə faiz artıra biləcəyini gözləyir. Bu ABŞ Mərkəzi Bankının Sentyabr ayındakı proqnozu ilə eynidir. Bazarlar da gələn il faizlərin bu sayda artırılacağını gözləyirdi və bu gözlənti Dolların qiymətində indiyədək öz əksini tapmışdı. Əgər, Fed 2018-ci ildə 4 dəfə faiz artıracağını gözlədiyini açıqlasaydı, bu sürpriz olardı və Dollar güclənə bilərdi.
Fed-in proqnozu ilə bazarların proqnozu üst-üstə düşdüyündən, Dollar mühüm valyutalar qarşısında dəyərdən düşüb.
Dolların altı böyük pul qarşısındakı vəziyyətini göstərən Dollar İndeksi 0.7% düşüb.
Treyderlər və analitiklər Dolların Fed-in faiz proqnozlarında dəyişikliyə getməməsilə təzyiq altında qaldığını bildirib.
Dollar/yen məzənnəsi 0.9% geriləyib.
Avro isə dollar qarşısında 0.7 faiz yüksəlib və 1.1836 səviyyəsinə çıxıb.
Xəbər verdiyimiz kimi, dünən Fed faizləri 25 bənd artıraraq 1,00%-1.25% aralğından 1,25%-1.50% aralığına qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)





