Fed faiz qərarını açıqladı
Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlandı.
“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası bu gün başa çatıb.
Gözlənildiyi kimi, iclasda uçot dərəcəsi 1,00%-1.25% aralğından 1,25%-1.50% aralığına qaldırılıb.
Beləliklə, Fed faizləri 25 bənd artırmışdır.
Fed bu il Mart və İyun aylarında hər birində 25 bənd olmaqla 2 dəfə faiz artırmışdı.
SÜRPRİZ YOXDUR
Fed bəyan edib ki, 2018-ci ildə 3 dəfə faiz artıra biləcəyini gözləyir. Bazarlar da gələn il faizlərin bu sayda artırılacağını gözləyirdi və bu gözlənti Dolların qiymətində indiyədək öz əksini tapmışdı. Əgər, Fed 2018-ci ildə 4 dəfə faiz artıracağını gözlədiyini açıqlasaydı, bu sürpriz olardı və Dollar güclənə bilərdi.
Fed-in proqnozu ilə bazarların proqnozu üst-üstə düşdüyündən, Dollar mühüm valyutalar qarşısında dəyərdən düşüb. Saat 00:08-ə olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,6% artaraq 1.1817 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb).
Fed 2018-ci ildə güclü iqtisadi inkişaf gözləyir.
Federal Açıq Bazar Komitəsinin (FOMC) açıqlamasında, "Məşğulluğun artıması sağlamdır və işsizlik nisbəti daha da düşüb. İnflyasiyanın yaxın perspektivdə Fed-in 2 faiz olan hədəfindən aşağı qalmaqda davam edəcəyini, ancaq orta müddətdə hədəfimizin yaxınlığında "sabitləşəcəyini" gözləyirik",- qeyd edilib.
Bəyanatda diqqəti cəlb edən, Fed-in əvvəlki açıqlamasında bəhs etdiyi əmək bazarının "daha da güclənməsini" gözlədiyi barədə ifadələrə yer verməməsi olub. Bunun əvəzinə, "pul siyasətinin əmək bazarının güclü qalmasına kömək edəcəyi" ifadəsinə yer verib. Bu vəziyyət, Fed rəsmilərinin, əmək bazarındakı yaxşılaşmanın yavaşlayacağını gözlədiklərinə işarə edir.
Fed sədri Janet Yellen gələn ilin Fevral ayında vəzifəsini Jerome Pauellə təhvil verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)






