“Azerfon”a yeni baş icraçı direktor təyin olundu
5 Dekabr 2017-ci il tarixdə “Azerfon” MMC (“Nar”) Dr. Qunnar Pankenin şirkətin yeni baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edib.
“Azerfon” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyinatından öncə, cənab Panke İran telekommunikasiya şirkətində (TCI) strategiya, marketinq və müştəri təcrübəsi üzrə direktor vəzifəsində çalışıb. O, sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 illik təcrübəyə malikdir. Qunnar Panke Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanmışdır. Biznes strategiyasının inkişafı, həyata keçirilməsi və monitorinqi sahəsində dərin bilik və təcrübəyə sahib olmaqla yanaşı, o, həm də beynəlxalq miqyaslı ekspert kimi tanınır.
Qeyd edək ki, “Azerfon” şirkətinin sabiq baş icraçı direktoru Dr. Klaus Müller yeni karyera imkanları ilə əlaqədar şirkətdən ayrılıb. Onun şirkətə rəhbərlik etdiyi dövr ərzində “Azerfon” biznesin inkişaf etdirilməsi, gəlirlərin artımı və fəaliyyət effektivliyinin yüksəldilməsi baxımından əhəmiyyətli nailiyyətlərə imza atıb.
“Azerfon” istedadlı və peşəkar kadrlardan ibarət bir kollektivdir. Bu komanda ilə və şirkətin baş icraçı direktoru vəzifəsində çalışdığım müddət ərzində əldə etdiyimiz nəticələrə görə qürur hissi keçirirəm. İnanıram ki, Qunnar Pankenin rəhbərliyi altında şirkət yeni zirvələr fəth edəcək”, – deyə Klaus Müller yeni təyinatı şərh edərkən vurğulayıb.
Müsbət tendensiyanın davam etdirilməsi məqsədilə yeni təyin olunmuş baş icraçı direktor Qunnar Panke də, öz növbəsində, fikirlərini bölüşüb: “İlk öncə, mən cənab Klaus Müllerə dərin təşəkkürümü bildirirəm. Əminliklə bildirmək istəyirəm ki, istifadəçilərimiz üçün ən sərfəli qiymətlər strategiyası, müştəriyönümlü xidmətlər və keyfiyyətin davamlı yüksəldilməsi strategiyasına sadiq qalacağıq”.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 12 d. əvvəl
-
- 24 d. əvvəl
-
51 d. əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
1 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
1 saat əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
-
1 saat əvvəl
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Ən çox oxunanlar
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Pezeşkian Əliyevə zəng edib
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)








