Azərbaycandan İsveçrəyə göndərib, 95 milyon dollar qazanıblar
Azərbaycan yanvar-sentyabr aylarında dünya bazarlarına 2 min 365,5 kq qızıl ixrac edib. Bu barədə hökumətdən məlumat verilib.
"Cari ilin yanvar-sentyabr aylarında ölkədən 95 mln. 313,63 min dollar dəyərində 2 min 365,5 kq qızıl ixrac olunub. İxracın bütün həcmi İsveçrənin payına düşüb. 2016-cı ilin yanvar-sentyabr aylarında 59 mln. 592,54 min dollar dəyərində 1 min 472,48 kq qızıl ixrac olunub. Beləliklə, 2017-ci ilin 9 ayı ərzində ixracın həcmi miqdar ifadəsində 60,6%, dəyər ifadəsində 59,9% təşkil edib", - deyə məlumatda bildirilir.
Bu ilin 9 ayı ərzində sikkə kəsilməsi üçün istifadə olunmayan 2 min 10,15 kq qızıl (81 mln. 354,96 min dollar dəyərində) və sikkə kəsilməsi üçün istifadə olunan 355,35 kq qızıl (13 mln. 958,66 min dollardəyərində) ixrac olunub.
2017-ci ilin III rübündə Azərbaycan 30 mln. 439,49 min dollar məbləğində 762,67 kq qızıl ixrac edib.
Qeyd edək ki, hesabat dövründə ölkədə 4 min 434,6 kq qızıl hasil olunub.
2016-cı ildə Azərbaycandan 76 mln. 804,04 min dollar məbləğində 1 min 909,03 kq qızıl ixrac olunub.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























