“Buxar Mühəndislik” şirkəti Azərbaycanda "Gree"nin məhsullarını geniş tanıdır
"Buxar Mühəndislik" şirkəti sərgidə Çinin dünya markası olan Gree şirkətinin bir sıra məhsulları ilə iştirak etmişdir.
18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbiri “Xəzər İnşaat Həftəsi” çərçivəsində 10-cu Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2017” sərgisi təşkil olunmuşdur. Sərgi bu il dünyanın 13 ölkəsini, o cümlədən Azərbaycandan, Çindən, Fransadan, İrandan, İtaliyadan, Küveytdən, Türkiyədən və digər ölkələrdən təmsil olunan 66 şirkəti bir araya toplamışdır.
Buxar mühəndislik şirkəti bu ilki sərgidə rəsmi distributoru olduğu Çinin dünya markası olan Gree şirkətinin “VRF xarici blok, alçaq təzyiqli kanal tip, yüksək təzyiqli kanal tip, standart və kompakt kaset tip, konsol tip və divar tip VRF daxili blokları,divar tip multi split daxili bloklar, rekuperator havalandırma qurğuları, mərkəzi və sadə (divar və məsafədən idarə etməli) pultlarıvə bir sıra digər məhsulları ilə iştirak etmişdir.
Gree Azərbaycanın stendinin 300-dən artıq ziyarətçisi olmuşdur, bunlardan 100-ə yaxını bu sahənin təcrübəli əməkdaşlarıdır.
Mütəxəssislər arasında ən çox diqqət çəkən cihazlar 60 min BTU soyutma gücünə malik kanal tip split kondisioner və VRF kaset tip daxili bloklar olmuşdur. İstehlakçıların marağını isə ən çox multi split kondisionerlər cəlb etmişdir.
45 illik iş təcrübəsinə əsaslanaraq “Buxar Mühəndislik” şirkəti Azərbaycanda GREE ticari kondisonerlərin rəsmi nümayəndəsidir.2016-cı ildən Çin Xalq Respublikasının ən böyük və eyni zamanda istehsal gücü baxımından dünyanın ən böyük, kondisioner istehsalçısı olan GREE Electric Appliances Zhuhai’ 20 kateqoriya, 400 serialı 12 700 modellə böyük bir məhsul çeşidinə sahibdir.
Satış ofisinin ünvanı: Əhməd Rəcəbli küçəsi 2/6
Əlaqə telefonları: +99412 465 70 05 ; +99450 287 61 15
Daha ətraflı məlumatı www.gree.az internet səhifəsindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 d. əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 20 d. əvvəl
-
-
22 d. əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
23 d. əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 27 d. əvvəl
-
30 d. əvvəl
Dövlət müəssisələri gələn ildən mənfəətdən dividend ödəməyə başlayacaq
-
53 d. əvvəl
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
Azərbaycanda “Broadband Mapping” və “E-Connection” platformaları istifadəyə veriləcək
-
1 saat əvvəl
Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib, İcra başçısı təyin edildi
-
1 saat əvvəl
Bank "Office 365" və "Microsoft Defender" lisenziyalarını yeniləyir - TENDER
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

























