Azərbaycanda neft hasilatı 8 faiz, qaz hasilatı isə 3,4 faiz azalıb
2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə 28,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1 faiz artmış, neft sektorunda isə 6,6 faiz azalmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda, 24,6 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 8,0 faiz, əmtəəlik qaz hasilatı isə 3,4 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 0,7 faiz, içkilərin istehsalı 26,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 73,8 faiz, geyim istehsalı 37,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 51,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 85,2 faiz, tikinti materiallarının istehsalı 29,3 faiz, kompüter və elektron məhsulların istehsalı 35,0 faiz, elektrik avadanlıqlarının istehsalı 65,7 faiz, maşın və avadanlıqların istehsalı 27,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 23,7 faiz, mebel istehsalı 16,6 faiz artmış, tütün məmulatlarının istehsalı 12,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,3 faiz, kağız və karton istehsalı 1,4 faiz, poliqrafiya məhsullarının istehsalı 38,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,7 faiz, hazır metal məmulatlarının istehsalı 26,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 49,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,2 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,0 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 14 d. əvvəl
- 28 d. əvvəl
-
44 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
50 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
59 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
Ən çox oxunanlar
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış


























