Türkiyə bankı Azərbaycanda mənfəətlə işlədi
“Ziraat Bank Azərbaycan” ASC 2016-cı ili 5 milyon 956.91 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Banka istinadən xəbər verir ki, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəti 2015-ci illə müqayisədə 72% artıb. Bank 2015-ci ildə 3 milyon 459.11 min manat xalis mənfəət əldə etmişdi.
Ötən il “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri 14 milyon 64 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 133 min manat, qeyri-faiz gəlirləri 5 milyon 932 min manat təşkil edib. Bank 2015-ci ildə cəmi 7 milyon 619 min manat gəlir əldə etmişdi (4 milyon 736 min manat faiz, 4 milyon 329 min manat qeyri-faiz).
Ötən ilin yekununda faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 8 milyon 130 min manat əməliyyat mənfəəti qalıb. Bank əməliyyat mənfəətindən 433.69 min manatını ehtiyatlara ayırıb və 1 milyon 739.4 min manata mənfəət vergisi ödəyib. Nəticədə də Bankın 5 milyon 956.9 min manat xalis mənfəəti qalıb.
31 Dekabr 2016-cı il tarixinə “Ziraat Bank Azərbaycan” ASC 132 milyon 195 min manat cəmi aktivlərə, 71 milyon 566 min manat cəmi öhdəliklərə, 60 milyon 6230 min manat cəmi kapitala malik olub. Bank 31 Dekabr 2015-ci il tarixində 90 milyon 244.71 min manat cəmi aktivlərə, 36 milyon 10 min manat cəmi öhdəliklərə, 54 milyon 234 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
2 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























