Azı 250 ton olacağı gözlənilir
İsmayıllı rayonunda hələlik 60 hektarda fındıq yığımı başa çatıb.
Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, bölgədə 76 hektar bar verən fındıq bağı var. Məhsuldar bağlar əsasən İsmayıllı şəhərinin, Topçu, Qurbanəfəndi, Quşencə, Tircan, Talıstan, Diyallı ərazi vahidlərinin torpaq sahələrindədir. Hələlik hər hektardan 35-37 sentner fındıq əldə olunur.
Qeyd edək ki, rayonda ümumilikdə 688,2 hektar fındıq bağı var. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə, aqrar sektorda aparılan islahatlara əsasən bağların 601,2 hektarı 2016-cı ilin payızında və cari ilin yaz aylarında əkilib.
Ötən il bar verən bağlardan 230 ton fındıq götürən İsmayıllıda bu il məhsul istehsalının azı 250 ton olacağı gözlənilir.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 4 d. əvvəl
-
- 18 d. əvvəl
- 21 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















