Gömrükdən "kərə yağı" açıqlaması
Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə idxal olunan kərə yağının qiymətindəki artımı gömrük orqanlarının fəaliyyəti ilə əsaslandıran və həqiqətə uyğun olmayan məlumatlar yer alıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "Marja"ya verilən məlumata görə, ekspert rəyi əsasında hazırlanan məlumatda kərə yağının qiymətindəki artım gömrük vergi və rüsumlarının yüksək olması, inhisarçılığa yol verilməsi və gömrük orqanları tərəfindən bəzi sahibkarlara xüsusi imtiyazlar tanındığı halda digərlərinə kərə yağının idxalı ilə bağlı qadağa qoyulması ilə əsaslandırılır və gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.
DGK bildirir ki, kərə yağının qiymətində artımın baş verdiyi dövrdə, bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb:
“Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə isə ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur. Belə ki, 2016-cı ildə Azərbaycana 22 ölkədən 51 şirkət 28377938.84 ABŞ dolları dəyərində 8357095.43 kq, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35 998149.22 ABŞ dolları dəyərində 8391526.17 kq yağ idxal edib ki, bu da iddiaların əksini sübut edir. Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır”.
Məlumatda deyilir ki, o cümlədən, 2016-cı ildə Almaniyadan 11, Rusiyadan 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiya Federasiyasından 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib:
“Daxili bazarda formalaşan qiymətlərə gəlincə isə bu məsələ Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid deyil”.
Dünya birjalarında yağın qiymətinin artım dinamikasını göstərən qrafik təsviri təqdim edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)







