Qərbin avtomobil istehsalçısı Çin texnologiyasına güvənir və "Leapmotor" ilə əməkdaşlığını dərinləşdirir
"Stellantis NV" Çinin "Leapmotor" şirkətilə ilə əməkdaşlığını genişləndirməyi planlaşdırır. Bu çərçivədə Opel markası altında elektrikli modelin birgə hazırlanması və birgə satınalmaların artırılması da nəzərdə tutulur.Dünyanın ən böyük avtomobil istehsalçılarından bir olan "Stellantis NV" Çinin "Leapmotor" şirkəti ilə əməkdaşlığını genişləndirməyi planlaşdırır. Marja xəbər verir ki, bu çərçivədə Opel markası altında elektrikli modelin birgə hazırlanması, İspaniyadakı bir zavodun mülkiyyətinin "Leapmotor"a verilməsi və birgə satınalmaların həyata keçirilməsi nəərdə tutulur.
Marja.az xəbər verir ki, Opel-in baş icraçı direktoru Florian Huettl müsahibəsində bildirib ki, Opel mühəndisləri artıq Leapmotor-dakı həmkarları ilə işləməyə başlayıblar. Volkswagen-in Tiguan modeli və Hyundai-ın Tucson modeli kimi avtomobillərlə rəqabət aparacaq orta ölçülü SUV hazırlanır və bu avtomobilin İspaniyanın Saragosa şəhərində istehsal olunacağı bildirilir. Şirkət cümə günü açıqlamasında bu idman tipli yolsuzluq avtomobilinin istehsalının 2028-ci ildə başlaya biləcəyini qeyd edib.
Bu addım böyük bir Qərb avtomobil istehsalçısının Avropadakı məhsul çeşidini gücləndirmək üçün Çin texnologiyasına güvənməsinin ilk nümunələrindən biri olacaq.
Digər tərəfdən, Jeep, Ram və Peugeot markaları ilə avtomobil istehsal edən "Stellantis NV" şirkəti Madriddə yerləşən bir zavodun mülkiyyətini Çinli tərəfdaşı "Leapmotor" ilə olan birgə müəssisəyə keçirməyi də nəzərdən keçirir. "Stellantis NV" 2023-cü ildə yaradılan "Leapmotor International (LPMI)" birgə müəssisəsində 51% paya sahibdir.
Əməkdaşlığın genişlənməsi Çinli rəqiblərin regionda sürətlə artması fonunda Avropa avtomobil istehsalçıları üzərində xərcləri azaltmaq və inkişaf proseslərini sürətləndirmək təzyiqinin artdığını göstərir.
"Stellantis NV" 2023-cü ildə "Leapmotor" şirkətinə təxminən 1,5 milyard avro investisiya edərək onun təxminən 21%-lik payını əldə edib. Bunun ardınca tərəflər "Leapmotor International" (LPMI) adlı birgə müəssisə yaradıb. Bu birgə müəssisənin məqsədi "Leapmotor" məhsullarının Çin xaricində istehsalı, ixracı və satışını idarə etməkdir və burada nəzarət payı "Stellantis NV"dədir (51%).
"Stellantis NV" 2021-ci ildə PSA Group (Peugeot, Citroën, Opel) və Fiat Chrysler Automobiles (FCA) şirkətlərinin birləşməsi nəticəsində yaradılmış, dünyanın ən böyük avtomobil istehsalçılarından biridir. Baş ofisi Hollandiyada yerləşən şirkət Abarth, Alfa Romeo, Dodge, Fiat, Jeep, Maserati, Ram, Peugeot kimi 14 markanı özündə birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
13 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
14 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)












.jpg)





