Tramp: İran Hörmüzdən keçən Cənubi Koreya gəmisinə hücum edib, biz də 7 İran qayığını batırdıq
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında Cənubi Koreya bayrağı altında üzən bir gəmini hədəf aldığını bildirərək cavab olaraq yeddi İran qayığının batırıldığını açıqlayıb. ABŞ Prezidenti Donald Trump İranın Hörmüz boğazından keçən Cənubi Koreya bayrağı altında üzən bir gəmiyə hücum etdiyini və buna cavab olaraq İrana məxsus yeddi qayığı batırdıqlarını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında etdiyi paylaşımda Hörmüz boğazındakı son hadisələr ilə bağlı açıqlamalar edib.
Marja xəbər verir ki, “Azadlıq Layihəsi” adlandırdığı və tərəfsiz ölkələrin gəmilərinin Hörmüz boğazından ABŞ gəmilərinin koordinasiyası ilə keçidini təmin etməyi hədəfləyən təşəbbüsə işarə edən Tramp, İranın son hücumunun bu layihəni hədəf aldığını iddia edib.
ABŞ Prezidenti bildirib: “İran, "Azadlıq Layihəsi" ilə əlaqəli olaraq, Cənubi Koreyaya məxsus bir yük gəmisi də daxil olmaqla, mövzu ilə əlaqəsi olmayan ölkələrə bəzi hücumlar təşkil edib. Biz də 7 kiçik qayığı, ya da onların ifadəsi ilə sürətli qayığı vurduq”.
Tramp Cənubi Koreyaya məxsus gəmidən başqa heç bir gəminin zərər görmədiyini bildirərək, bu ölkənin artıq İran məsələsində ABŞ-ı dəstəkləməsinin vaxtının gəldiyini deyib.
Bundan əlavə, Tramp Müdafiə naziri Pete Hegseth və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Cainenin 5 may tarixində Vaşinqtonda mətbuat konfransı keçirərək Hörmüz boğazındakı son vəziyyəti qiymətləndirəcəklərini açıqlayıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
-
- 7 d. əvvəl
- 9 d. əvvəl
-
14 d. əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
17 d. əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 35 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
-
1 saat əvvəl
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO






.jpg)
.jpg)














.jpg)
