Tesla-nın xalis mənfəəti 17% artıb
2026-cı ilin yanvar–mart dövrünədə Tesla-nın gəliri 22,4 milyard dollar, xalis mənfəəti 477 milyon dollar təşkil edib.ABŞ-ın elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla-nın xalis mənfəəti bu ilin ilk rübündə illik müqayisədə 17% artıb.
Tesla 2026-cı ilin yanvar–mart dövrünə dair maliyyə hesabatını açıqlayıb.
Marja xəbər verir ki, hesabata əsasən, şirkətin ümumi gəliri bu ilin ilk rübündə illik müqayisədə 16% artaraq 22,4 milyard dollar təşkil edib. Tesla 2025-ci ilin eyni dövründə 19,34 milyard dollar gəlir əldə etmişdi.
Elektromobil istehsalçısının xalis mənfəəti də ilk rübdə illik 17% artaraq 477 milyon dollara yüksəlib. Şirkətin mənfəəti 2025-ci ilin ilk rübündə 409 milyon dollar olaraq qeydə alınmışdı.
Tesla-nın ötən ilin ilk rübündə 27 sent olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 41 sentə yüksəlib.
Şirkətin gəliri ilk rübdə bazar gözləntilərindən bir qədər aşağı qalsa da, mənfəət göstəricisi proqnozları üstələyib.
Tesla 2026-cı ilin ilk rübündə qlobal miqyasda 408 min 386 elektromobil istehsal edib, 358 min 23 ədəd elektromobilin tədarükünü həyata keçirib.
Bu dövrdə şirkətin avtomobil istehsalı illik müqayisədə 13%, tədarük etdiyi avtomobillərin sayı isə 6% artıb.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 d. əvvəl
-
35 d. əvvəl
"Kapital Bank" audit olunmuş maliyyə göstəricilirəni açıqladı
- 37 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb
-
1 saat əvvəl
"DDLAR İnşaat" 2025-ci ili 1 milyon manata yaxın xalis zərər ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PashaPay" şirkəti "Competo" şirkətində paya sahib olub
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PULLU Adam olmaq üçün ilk addımını at ®
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir – Sahibkarlar burada görüşüb











.jpg)













