Şahdağda qarın hündürlüyü 1 metri keçib, Bakıya düşən yağıntının miqdarı aylıq normanın 390%-ni təşkil edir
Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 metr 24 sm, Qrızda 34 sm, Xınalıqda 22 sm, Qusarda 3 sm təşkil edir.
Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir.
Azərbaycanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 94 (aylıq normanın 311%-i), Qubada 83 (aylıq normanın 174%-i), Xaltanda 74 (aylıq normanın 109%-i), Xızıda 69 (aylıq normanın 95%-i), Qusarda 69 (aylıq normanın 144%-i), Şabranda 63 (aylıq normanın 209%-i), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22, Daşkəsəndə 19, Oğuzda 18, Şəmkirdə 17, Zaqatalada 16, Balakən, Qəbələdə 13, Qobustanda 12, Lerik, Şamaxıda 10, İsmayıllı, Neftçala, Goranboyda 8, Bərdədə 7, Mingəçevir, Yevlax, Ağdam, Naftalanda 6, Şahbuz, Ağstafa, Biləsuvar, Astara, Tovuzda 4, Yardımlıda 3, Gəncə, Göyçay, Zərdab, Tərtərdə 2, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Salyan, Şərur, Ordubad, Sədərək, Naxçıvan, Füzuli, Kəlbəcər, Xankəndi, Xocalı, Laçın, Qubadlı və Şuşada 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə 18 m/s-dək güclənir.
Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
-
20 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır







.jpg)





.jpg)



.jpg)









