Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xızı və Abşeron rayonlarında fəaliyyət göstərən quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Əvvəlcə Xızı rayonunda yerləşən süfrə yumurtaları və ətlik quş əti istehsalı istiqamətində ixtisaslaşan “Giləzi-quşçuluq şirkəti” MMC və “Yaşma Quşçuluq” MMC-yə baş çəkən nazirə müəssisələrdə görülən işlər barədə məlumat verilib, quşçuluğun inkişafı, sənaye üsulu ilə quş əti istehsalında mövcud vəziyyət, istehsal prosesinin daha da təkmilləşdirilməsi, quş əti istehsalında müasir texnologiyaların tətbiqi məsələləri müzakirə edilib.
Daha sonra nazir Məcnun Məmmədov Abşeron rayonu Zirə qəsəbəsində damazlıq yumurta istehsalı ilə məşğul olan “Xəmsə M” MMC quşçuluq müəssisəsinin və inkubator sexinin fəaliyyəti ilə tanış olub. Nazirə müəssisənin mövcud vəziyyəti, quşçuluq təsərrüfatlarında dayanıqlı istehsalın təmin edilməsi, məhsuldarlığın artırılması, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar barədə məlumat verilib.
Görüşlərdə quşçuluqda istehsalın və ixracının artırılması istiqamətində görülən işlər və atılacaq addımlar müzakirə olunub, istehsalda yeni texnika və müasir texnologiyaların tətbiq edilməsi, quşçuluqda düzgün yem norması və yemləmə standartlarının müəyyən edilməsinin məhsuldarlığa və xəstəliklərə davamlılığa göstərdiyi təsir, kəsim və emal proseslərində beynəlxalq tələblərə uyğunluğun vacibliyi, bu sahədə kadr potensialının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
1 saat əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Ən çox oxunanlar
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı

















.jpg)

