Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar regionun enerji sektoruna da ciddi təsir göstərməyə başlayıb. Müharibənin yaratdığı gərginlik fonunda İraqda neft hasilatı kəskin şəkildə azalıb.
Marja.az xəbər verir ki, İraqın gündəlik neft istehsalı təxminən 60% azalaraq 3,3 milyon bareldən 1,3 milyon barelə düşüb.
Bu barədə İraq Neft Nazirliyinin Sahə və Lisenziya İşləri Şirkətinin baş direktorunun müavini Kazım Abdulhasan Kerim məlumat verib.
PUA hücumu qeydə alınıb
Kerimin sözlərinə görə, Bəsrə vilayətinin cənub-qərbində yerləşən Bercisiye neft yatağı iki pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Hadisə nəticəsində bölgədə fəaliyyət göstərən xarici şirkətlərdən birinin anbarlarında ziyan yaranıb.
Bununla belə, neft hasilatı infrastrukturu birbaşa zərər görməyib.
Hörmüz boğazı təsiri
İraq hökuməti daha əvvəl də bildirib ki, Hörmüz boğazının bağlanması nəticəsində ixracın azalması səbəbindən ölkə neft hasilatını azaltmağa məcbur olub.
Enerji analitikləri qeyd edirlər ki, regionda müharibənin genişlənməsi və əsas nəqliyyat marşrutlarının risk altına düşməsi qlobal neft bazarında təklif çatışmazlığını daha da artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)









