Neftin qiyməti 90 dollara yaxınlaşdı
Yaxın Şərqdəki münaqişələrin davam etməsi səbəbindən neft qiymətləri yüksəlir. Xüsusilə Hörmüz boğazında tankerlərin hərəkətinin dayanması neft qiymətlərində artımı sürətləndirib. Bu səbəbdən Brent neftinin qiyməti 89 dolları, ABŞ xam neftinin qiyməti isə 86 dolları aşıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 16:40-da Brent nefti 4,4% bahalaşama ilə 89,16 dollara ticarət olunub.
Brent nefti bu həftə 20 faizdən çox bahalaşıb.
Qlobal investisiya bankı "Goldman Sachs" münaqişələrin azalacağına dair hər hansı bir əlamət olmadığı üçün neft qiymətlərinin daha da yüksələ biləcəyini bəyan edib. "Goldman Sachs"ın analitikləri münaqişələrin uzanması halında neft qiymətlərinin bir barel üçün 100 dolları aşması riskinə diqqət çəkib.
Qətərin Energetika naziri isə neft qiymətlərinin 150 dollara çata biləcəyi barədə xəbərdarlıq edib.
Analitiklər münaqişənin Yaxın Şərqdəki neft axınını alt-üst etdiyini və real bazarda neft qiymətlərinin sıçrayışına səbəb olduğunu vurğulayırlar.
Digər tərəfdən ABŞ-da benzin qiymətləri də yüksəlir və bu da münaqişənin əlavə inflyasiya yaratması riskini artırır.
Avropada benzin fyuçersləri həftəlik müqayisədə təxminən 50 faiz artıb. Mərkəzi banklar isə inflyasiyanın yenidən yüksələ biləcəyi ehtimalı ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Asiyada isə yanacaq qiymətləri müharibə başlayandan bəri təxminən iki dəfə artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
15 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 18 d. əvvəl
- 31 d. əvvəl
- 34 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)
.jpg)









.jpg)






