Almaniyada seçkinin qalibi Merkel oldu
Eksit-pol sorğularına görə Almaniyada dünən keçirilmiş seçkidə Baş nazir Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat Partiyası (CDU) seçkidə birinci olub.
"Marja" xəbər verir ki, Almaniyada təxminən 61,5 milyon insanın iştirak etdiyi seçkidə səsvermə prosesi yerli saat ilə 18.00-dabaşa çatıb.
Almaniyanın ARD adlı televiziya kanalının yayımladığı rəsmi olmayan nəticələrə görə, CDU və Bavariya əyalətindəki qardaş partiya mövqeyindəki Xristian İctimai Birlik Partiyası (CSU) cəmi 32,9 faiz səs toplayıblar. Koalisiya ortağı Sosial Demokrat Partiyası (SPD) isə 20,08 faizdə qalıb.
Koalisiya hökumətində yer alan CDU/CSU ilə SPD 2013-cü ildə keçirilən son seçkilərə nisbətən səs itirərkən, CDU/CSU-nun səslərində isə 8,6 faiz azalma görülüb.
SPD 4,9 faiz səs itirib və İkinci Dünya Müharibəsindən sonrakı ən aşağı səsdir. 4 il əvvəl keçirilən seçkidə 5%-lik bəndi keçə bilməyən həddindən artıq sağçı populist Almaniya üçün Alternativ (AFD) və Azad Demokrat Partiyası səs faizlərini əhəmiyyətli dərəcədə artıraraq bu dəfə parlamentə giriblər.
Nəticələrə görə, AFD 13,1 faiz ilə üçüncü olaraq ilk dəfə parlamentdə yer alacaq.
FDP də 10,5 faiz ilə dördüncü partiya olacaq və parlamentə girəcək.
Yaşıllar 8,9% ilə beşinci sırada yer alarkən, Sol Partiya da 8,9 faiz səs faizinə çataraq məclisə girməyə haqq qazanıb.
Almaniya Federal Məclisində deputat bölgüsü bu şəkildə oldu: CDU və CSU 218, SPD 138, AFD 87, FDP 70, Yaşıllar 59, Sol Partiya 59.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
2 d. əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
-
- 9 d. əvvəl
- 10 d. əvvəl
-
16 d. əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
30 d. əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 36 d. əvvəl
-
46 d. əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
55 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub


























