Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
Brent markalı xam neft bazar ertəsi günü Asiya ticarətində 10%-ə yaxın bahalaşaraq bir bareli 80 dollara yüksəlib. Ardınca qiymət bir qədər geriləyərək 77 dollar səviyyələrinə düşüb (Bakı vaxtı ilə saat 09:30-da 6,6% bahalaşma ilə 77,72 dollara ticarət olunub). Ötən cümə günü Brent neftinin qiyməti 73 dollar səviyyələrində idi.
Marja.az xəbər verir ki, analitiklər ABŞ və İsrailin İrana zərbələr endirməsindən sonra Yaxın Şərqin yeni müharibəyə sürüklənməsi fonunda qiymətlərin 100 dollara qədər qalxa biləcəyini proqnozlaşdırırlar.
Tehran gəmilərə bu su yolundan keçməməklə bağlı xəbərdarlıq etdikdən sonra əksər tanker sahibləri, iri neft şirkətləri və treyderlər Hörmüz boğazı vasitəsilə xam neft, yanacaq və mayeləşdirilmiş təbii qaz daşımalarını dayandırıblar. Qlobal neftin 20%-dən çoxu məhz Hörmüz boğazı vasitəsilə daşınır.
Analitiklər, əgər boğazın bağlanması uzunmüddətli olarsa, neftin qiymətinin 100 dolları keçə biləcəyini gözləyirlər.
Kanadanın maliyyə xidmətləri şirkəti və bazar kapitallaşmasına görə ölkənin ən böyük bankı olan "Royal Bank of Canada"nın (RBC) analitiki Helima Kroft bildirib ki, Yaxın Şərq liderləri Vaşinqtona xəbərdarlıq ediblər ki, İrana qarşı müharibə neft qiymətlərinin 100 dollardan yuxarı qalxmasına səbəb ola bilər.
Hollandiyanın bank və maliyyə xidmətləri şirkəti "Rabobank"ın analitikləri isə daha "mülayim" mövqe - yaxın müddətdə qiymətlərin 90 dollardan yuxarı səviyyədə qalacağını proqnozlaşdırırlar.
OPEC+ neft istehsalçıları qrupu bazar günü aprel ayından etibarən hasilatı gündəlik 206 min barel artırmaq barədə razılığa gəlib. Bu, qlobal tələbatın 0,2%-dən azını təşkil edən təvazökar artımdır.
Norveçin müstəqil enerji tədqiqatı şirkəti "Rystad Energy"nin iqtisadçısı Xorxe Leon bildirib ki, Hörmüz boğazını yan keçmək üçün alternativ infrastrukturdan müəyyən qədər istifadə oluna bilər. Lakin Səudiyyə Ərəbistanının Şərq-Qərb boru kəməri və Əbu-Dabinin boru kəməri vasitəsilə bir hissə yönləndirilsə belə, boğazın bağlanmasının xalis təsiri gündəlik 8–10 milyon barel xam neft tədarükünün itirilməsi olacaq.
"Rystad Energy" qərb bazarlarında da ticarət açıldıqdan sonra qiymətlərin 20 dollar artaraq təxminən 92 dollara çatacağını gözləyir.
Böyük Britaniya bankı "Barclays"ın analitikləri də neftin qiymətinin 100 dollara çata biləcəyini qeyd ediblər.
ABŞ bankı Citi-nin analitikləri davam edən münaqişə fonunda Brent neftinin bu həftə 80-90 dollar aralığında ticarət olunacağını gözləyirlər.
İran böhranı həmçinin Asiya hökumətlərini və neft emalı şirkətlərini ehtiyatları, alternativ daşınma marşrutlarını və tədarük mənbələrini yenidən qiymətləndirməyə vadar edib. Kpler analitikləri bazar günü keçirilən vebinarda bildiriblər ki, Hindistan Yaxın Şərqdən mümkün tədarük itkilərini kompensasiya etmək üçün Rusiya neftinə yönələ bilər.
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
5 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
22 d. əvvəl
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
-
25 d. əvvəl
CityNet TV kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
- 31 d. əvvəl
-
1 saat əvvəl
PAŞA Bank və PAŞA Həyat əməkdaşlığı çərçivəsində yeni kredit məhsulu təqdim edir
-
1 saat əvvəl
Qızıl ABŞ -İran razılaşması nikbinliyi ilə həftəyə bahalaşma ilə başlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“İnvest-AZ” böyüyüb, gəlirləri artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
“PAŞA Kapital”ın xalis mənfəəti artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft razılaşma ümidilə kəskin ucuzlaşıb
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 25-də gözlənilən hava şəraiti
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir






.jpg)
.jpg)



.jpg)










