Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
Rabitəbankın innovativ kart məhsulu olan Kartmane 2025-ci ildə də müştərilərinə alış-verişdən real qazanc əldə etmək imkanı yaratmaqda davam edib.
Marja.az Banka istinadən xəbər verir ki, il ərzində həyata keçirilən kampaniyalar, xüsusi tərəfdaş təklifləri və geniş istifadə imkanları nəticəsində kart sahibləri ümumilikdə 12 milyon manatdan çox keşbek qazanıblar. Bu məbləğin 113 min 242 manatı isə partnyor şəbəkəsində edilən ödənişlər hesabına formalaşıb.
Aparılan təhlillərə əsasən, ötən il üzrə ən çox qazanc əldə olunan istiqamətlər sırasında yanacaqdoldurma məntəqələri, supermarket alış-verişi və gündəlik tələbat kateqoriyaları ilk sıralarda yer alıb. Müştərilərin gündəlik xərclərini məhz bu sahələr üzrə həyata keçirməsi Kartmane kartlarının praktiki maliyyə üstünlüyünü daha da artırıb.
İl ərzində müştərilərə geri qaytarılan ümumi keşbek məbləği əhəmiyyətli göstərici ilə yadda qalıb. Fərdi nəticələrdə isə bəzi kart sahiblərinin illik qazancı rekord həddə çataraq proqramın effektivliyini real rəqəmlərlə təsdiqləməsi diqqət çəkib.
Hazırda Kartmane istifadəçiləri 500-dən artıq partnyor mağaza və xidmət nöqtəsində edilən ödənişlərdən keşbek qazanmaq imkanına malikdirlər. Tərəfdaş şəbəkəsinin davamlı genişlənməsi isə istifadəçilərə daha çox seçim və daha çox qazanc imkanı yaradır.
Kartmane kartlarını fərqləndirən əsas xüsusiyyət onun keşbek mexanizmindədir. Belə ki, kart sahibləri əlavə kateqoriya seçimi mərhələsi olmadan müxtəlif istiqamətlər üzrə edilən ödənişlərdən avtomatik keşbek qazanır.
Kartmane sahibləri kateqoriya seçimi etmədən, eyni anda 14 fərqli kateqoriyanın hər biri üzrə keşbek qazanırlar. Bu isə o deməkdir ki, yanacaq, market, restoran, əyləncə, xidmət və digər gündəlik xərclərin hamısı avtomatik olaraq qazanca çevrilir. Nəticədə müştərilər xərclərini planlaşdırmadan belə maksimum geri ödəniş əldə edir, kart istifadəsi isə daha rahat və sərfəli olur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 30 d. əvvəl
-
42 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)





.jpg)


.jpg)









