"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
"İlk növbədə qeyd edim ki, "PAŞA Bank" davamlı dividend ödəyən bankdır. Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu göstərici bir neçə il ardıcıl şəkildə qorunub saxlanılıb".
Marja xəbər verir ki, bunu “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.
Cavid Quliyev vurğulayıb ki, Azərbaycanın sabit siyasi və iqtisadi mühiti fonunda, bazarda lider mövqedə olan korporativ bankın maliyyə nəticələrində iştirak etmək əhali üçün uzunmüddətli baxımdan cəlbedici imkan yaradır:
"Hazırda əhali və pərakəndə investorlar üçün əsas maliyyə alətləri depozitlər və istiqrazlardır. Biz isə bazara özəl bank kimi ilk dəfə səhm emissiyası ilə çıxırıq. Dividend siyasətimizi və ölkədəki sabit iqtisadi mühiti nəzərə alaraq düşünürük ki, səhmdarlar üçün cəlbedici və davamlı gəlir imkanı formalaşacaq.
Hazırda əsas çərçivəni paylaşırıq, proses artıq rəqəmlərlə işlənən mərhələyə keçib. Əlavə maliyyə parametrləri ilə bağlı məlumatları növbəti həftələrdə ictimaiyyətə təqdim edəcəyik. Yəni bazara yeni və alternativ investisiya aləti çıxarırıq".
Bankın sədri bir daha qeyd edib ki, Paşa Bank illər boyu mənfətinin 35–40%-i həcmində dividend ödəniş siyasətinə sadiq qalıb və bu da potensial investorlar üçün mühüm üstünlükdür.
Xəbər verdiyimiz imi, “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə başlayıb. “PAŞA Bank”ın kapitalının 5%-nin və ya 932 min 926 ədəd adi, adlı səhmin bazara təqdim olunması nəzərdə tutlur. Səhmlərə abunə yazılışına Aprel ayında başlanılması May ayında yekunlaşdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















