Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan fondu üçün "qızıl il" - 37,6 milyard gəlir əldə etdiyini açıqladı: BÖYÜKLÜYÜ 125 MİLYARD MANATI KEÇİB

Neft yox, investisiyalar daha çox gəlir gətirib- 2025-də 6,2% gəlirlilik. Qızıl və valyuta dalğası Azərbaycanın fonduna 20,4 milyard manat qazandırıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan fondu üçün "qızıl il" -  37,6 milyard gəlir əldə etdiyini açıqladı:  BÖYÜKLÜYÜ 125 MİLYARD MANATI KEÇİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair məlumat yayıb.

 Qeyd edilib ki, 2025-ci ilin sonunda ARDNF-nin aktivləri ilin əvvəli 60 milyard ABŞ dolları ilə müqayisədə 22,5% artmaqla 73,5 milyard ABŞ dollarına çatmışdır.

Reklam_3_11

Ötən il ARDNF-nin gəlirləri 37,6 milyard manat, xərcləri isə 14,6 milyard manat, o cümlədən neft-qaz sazişləri üzrə karbohidrogenlərin satışından gəlirlər 9,5 milyard manat olmuşdur.

ARDNF-nin investisiya gəlirliliyi 6,2% təşkil etmiş, bu isə 6,9 milyard manat və ya 4 milyard ABŞ dolları həcmində investisiya gəliri ilə nəticələnmişdir.

Dövlət büdcəsinə ARDNF tərəfindən 14,5 milyard manat köçürülmüşdür.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, Fondun aktivləri 2025-ci ilin əvvəlinə 60 milyard 31,4 milyon ABŞ dolları (102 milyard 53,3 milyon manat ) təşkil etmiş, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 milyard 541,5 milyon ABŞ dollarına (125 milyard 20,5 milyon manata) çatmışdır.

2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 milyard 594,4 milyon manat təşkil etmişdir. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17 milyard 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 milyard 434,0 milyon manat olmuşdur. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 milyard 627,2 milyon manat təşkil etmişdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Büdcə gəlirləri:

Neft-qaz gəliri.2025-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 milyard 266,3 milyon manat olmuşdur, o cümlədən:

• mənfəət neftinin və qazın satışından 9 milyard 497,0 milyon manat,

• bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat,

• akrhesabı ödənişlər 3,6 milyon manat.

Qeyd edilib  ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 8 milyard 292,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 958,8 milyon manat məbləğində vəsait daxil olmuşdur.

İnvestisiya gəliri.Fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6.2% təşkil etmiş, nəticədə 6 milyard 894,1 milyon manat həcmində gəlir əldə edilmişdir.

Büdcə xərcləri:

Büdcəyə transfert.Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 milyard 481 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

Layihə xərcləri.2025-ci ilin yanvar-dekabr aylarında aşağıdakı icrası davam edən layihələrə 105,5 milyon manat yönəldilmişdir, o cümlədən:

• “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18,6 milyon manat,

• “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 86,9 milyon manat.

İdarəetmə xərcləri. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 40,7 milyon manat təşkil etmişdir.

Maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsiri

2025-ci il ərzində maliyyə bazarlarındakı tendensiyalar ARDNF-nin aktivlərinə müsbət təsir göstərmişdir.

ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərin tətbiqindən gözlənilən inflyasiyanın reallaşmaması səbəbindən, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi fonunda, Birləşmiş Krallıqda isə əsasən əmək bazarının zəifləməsi nəticəsində mərkəzi banklar uçot faiz dərəcələrini endirmişdir ki, bu da öz növbəsində istiqrazların gəlirliliyinə müsbət töhfə vermişdir. Bununla yanaşı, istiqrazlarda hələ də müşahidə olunan yüksək faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin əsas gəlirlilik komponenti olmuşdur.

ARDNF-nin səhm investisiyaları da il ərzində müsbət gəlirlilik göstərmişdir. Şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı olması, texnologiya sahəsində, o cümlədən süni intellekt sahəsində əldə edilən irəliləyişlər, həmçinin qabaqcıl mərkəzi bankların faiz dərəcələrini endirməsi bazarlarda müsbət dinamikanı şərtləndirmişdir.

Ötən ildə daşınmaz əmlak və infrastruktur investisiyalarının gəlirliliyi sektorlardan asılı olaraq fərqli nəticələr nümayiş etdirmişdir. Ofis sektorunda müşahidə edilən təzyiqlərin davam etməsinə baxmayaraq, logistika, yaşayış tipli daşınmaz əmlaklar və infrastruktur aktivlərinə tələbin yüksək olması sözügedən sektorlarda dayanıqlı gəlirliliyi təmin etmişdir. Nəticədə, ARDNF-nin daşınmaz əmlak altportfeli 2025-ci ildə müsbət gəlirlilik əldə etmişdir.

Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bununla da, ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşmışdır.

İş elanları AzVak.az-da

ARDNF Dövlət Neft Fondu ARDNF 2025 gəlir və xərclər ARDNF aktivləri ARDNF investisiya gəliri 2025-ci ildə ARDNF Dövlət Neft Fondu aktiv artımı neft-qaz sazişləri gəliri AÇG gəliri Şahdəniz gəliri karbohidrogenlərin satışından gəlir büdcə transfertləri dövlət büdcəsinə köçürmə investisiya gəlirliliyi 6.2% 4 milyard dollar investisiya gəliri büdcə gəlirləri büdcə xərcləri valyuta məzənnəsi fərqi qızıl qiymətləri artımı büdcədənkənar gəlirlər ARDNF layihə xərcləri ali təhsil proqramları maliyyələşməsi gənclərin xaricdə təhsili proqramı idarəetmə xərcləri Azərbaycan iqtisadiyyatı neft fondu hesabatı enerji sektoru qeyri-neft sektoru maliyyə bazarları istiqraz gəlirliliyi mərkəzi bank faiz dərəcələri ABŞ dolları Avrozonada monetar siyasət səhm investisiyaları texnologiya sektoru süni intellekt investisiyaları daşınmaz əmlak investisiyaları qızıl altportfel geosiyasi risklər suveren fond neft fondu hesabatı ARDNF 2025 illik hesabat
27.01.2026 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18