Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
"Visa" beynəlxalq kart təşkilatı ilə əldə olunmuş razılıq çərçivəsində Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub.
Bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyindən bildirilib.
Məlumata görə, Assosiasiya və "Visa"nın birgə təşəbbüsü çərçivəsində ikiqat vergitutmanı aradan qaldırmaq mexanizmi bankların və ödəniş xidməti təchizatçılarının vergi öhdəliklərinə müsbət təsir edib. Azadolma nəticəsində 2025-ci ilin IV rübündən bankların "Visa" ilə apardığı əməliyyatlar üzrə ödəmə mənbəyindən tutulan vergi yükü aradan qaldırılıb. Eyni zamanda, "Visa" ilə həyata keçirilən qeyri-maliyyə xarakterli əməliyyatlar üzrə əlavə dəyər vergisi (18 %) xərcləri azalıb.
"Bunun nəticəsində bank sektorunda növbəti dövrlər üzrə ümumilikdə bir neçə milyon manat vergi xərclərinə qənaət edilməsi təmin olunub", – deyə açıqlamada qeyd olunub.
ABA-nın məlumatına görə, sözügedən mexanizm ödəniş xidməti təchizatçıları üçün də vergi baxımından hüquqi aydınlığı artırır və riskləri azaldır: "Belə ki, mexanizm çərçivəsində DTA-03 formasının əldə edilməsi xidmət göstərən tərəfin müvafiq ölkədə vergi rezidenti statusunu təsdiq edir və ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişlərin tətbiqi üçün hüquqi əsas yaradır. Bu isə ödənişlər üzrə mənbədə verginin düzgün dərəcə ilə tutulmasına və ya ümumiyyətlə tutulmamasına imkan verir".
Assosiasiya həmçinin bəyan edib ki, bu yanaşma əlavə vergi hesablamaları, sanksiya və cərimə risklərini əhəmiyyətli dərəcədə azaldır, eyni zamanda ödəniş xidməti təchizatçıları üçün vergi öhdəliklərinin daha şəffaf və proqnozlaşdırılan şəkildə icrasını təmin edir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























