"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə üzrə meneceri təyin olunub
Kibertəhlükəsizlik və İT infrastruktu üzrə regional VAD (əlavə dəyərli distribyutor) olan iIT Distribution (iITD) şirkəti Azərbaycanda yerli ofisin açıldığını elan edib. Şirkət Mərkəzi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında fəaliyyətini genişləndirərək yerli komandalar formalaşdırır və tərəfdaşlara daha güclü dəstək göstərir.
Azərbaycan bazarına daxil olmaq, şirkətin regional kibertəhlükəsizlik ekosisteminin inkişafına, inteqratorlarla əməkdaşlığın gücləndirilməsinə və qlobal texnologiyaların ölkənin dövlət və korporativ sektorunun tələblərinə uyğunlaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir. Müasir informasiya təhlükəsizliyi həllərinə tələbatın artması fonunda yerli ofisin olması şirkətə sorğulara daha operativ reaksiya verməyə, texniki konsultasiyalar göstərməyə və tərəfdaş proqramlarını inkişaf etdirməyə imkan yaradacaq.
Azərbaycan üzrə portfel və fəaliyyət istiqamətləri
iIT Distribution Azərbaycanda aparıcı beynəlxalq istehsalçıların həllərini təmsil edir. Bunlara CrowdStrike, Vectra AI, Cribl, Censys, Black Duck, GTB Technologies, Ping Identity və Labyrinth daxildir. Şirkət tərəfdaş şəbəkəsinin inkişafı, təlimlərin təşkili, texnologiyaların nümayişi və yerli kibertəhlükəsizlik layihələrinin dəstəklənməsi üzərində fokuslanacaq.
Ölkə ürə menecer (Country manager) təyinatı
Azərbaycan ofisinə 10 ildən artıq ümumi İT təcrübəsinə sahib olan Elnur Xəlilzadə rəhbərlik edir( LinkedIn ) Onun texnoloji həllərin tətbiqi, İT sistemlərinin idarə olunması, kibertəhlükəsizlik və "channel-first" yanaşma ilə distribusiya sahəsində bilikləri - şirkətin tərəfdaşlara dəstək vermək və yerli satış kanalını inkişaf etdirmək imkanlarını daha da gücləndirir. Elnur birmənalı strategiya yönümlü idarəetmə, qlobal vendorlarla əməkdaşlıq və layihələrin icrası üzrə zəngin təcrübəyə malikdir.
“iIT Distribution-un Azərbaycanda ofis açması bizim üçün mühüm addımdır. Məqsədimiz tərəfdaşlara daha yaxın olmaq, onların ehtiyaclarını daha dərindən anlamaq və həm dövlət, həm də biznes sektorunda kibertəhlükəsizliyi gücləndirən müasir texnologiyaların tətbiqinə dəstək göstərməkdir,” – deyə iIT Distribution Azerbaijan şirkətinin Ölkə üzrə Baş Direktor-u Elnur Xəlilzadə bildirib.
Şirkət haqqında
iIT Distribution (iITD) — kibertəhlükəsizlik və İT infrastrukturu üzrə regional VAD (əlavə dəyərli distribyutor) distribyutor, Şirkət Mərkəzi və Şərq Avropa, Qafqaz və Mərkəzi Asiya bazarlarında fəaliyyət göstərir. iITD channel-first prinsipi ilə hər bir ölkədə yerli komandalar formalaşdırır və tərəfdaşları birbaşa dəstəkləyir.
Şirkət çevikliyi, sürətli qərarvermə mexanizmləri və hər bir məhsul üzrə güclü texniki ekspertizası ilə seçilir. iITD vendorlarla və inteqratorlarla sıx əməkdaşlıq edir, həlləri yerli tələblərə uyğunlaşdırır və bazarın inkişafına aktiv şəkildə investisiya yatırır.
Bu gün iIT Distribution tərəfdaşların müasir texnologiyaların tətbiqi və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində fəaliyyətini bütün region üzrə dəstəkləyir.
Daha ətraflı məlumat üçün: www.iitd.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 34 d. əvvəl
-
- 39 d. əvvəl
-
57 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
-
1 saat əvvəl
İcbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb
-
1 saat əvvəl
Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Fevralın 11-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər
ABŞ Ermənistana 11 milyon dollarlıq PUA satır





























