Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur

İqtisadiyyat Nazirliyində müvafiq dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə əczaçılıq sənayesinin inkişafına dair müzakirələr aparılıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif  tibbi məhsulların istehsalı nəzərdə tutur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyində əczaçılıq sənayesinin perspektivlərinin müzakirəsi məqsədilə görüş keçirilib.

Görüşdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, müvafiq dövlət qurumları və dərman vasitələrinin istehsalı ilə məşğul olan özəl sektorun nümayəndələri iştirak ediblər.  

Tədbirdə vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi və əlverişli biznes mühitinin yaradılması qeyri-neft sənayesinin, o cümlədən əczaçılıq sənayesinin inkişafına şərait yaradır. Əczaçılıq sənayesində reallaşdırılan addımlar, həyata keçirilən investisiya layihələri və yerli istehsalın təşkili ölkəmizin dərman təminatının gücləndirilməsinə xidmət edir. 

Əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı rəqabətqabiliyyətli məhsul istehsalı və emal müəssisələrinin yaradılması üçün bütün imkanlara malikdir. Əczaçılıq sənayesinə son illərdə ciddi investisiya cəlb edilib. Təkcə Pirallahı Sənaye Parkında investisiya portfeli təxminən 130 milyon manatdır. Burada bir sıra şirkətlər, o cümlədən “Diamed Co”, “R-Pharm” müxtəlif növ dərman vasitələri və tibbi ləvazimatların istehsalını həyata keçirir, “Falck”, “Supreme Pharmatech” və digərləri isə istehsal planlaşdırır.  

İş elanları AzVak.az-da

Sənaye parklarından kənarda da bu sahədə genişmiqyaslı layihələr icra edilir. “Scandens Pharmaceutical Industries LTD” tərəfindən inşa olunmuş, dövlət başçısının iştirakı ilə bu ilin noyabrında açılışı həyata keçirilmiş yeni zavod müasir texnologiyalarla istehsal potensialını artırır.

Ələt azad iqtisadi zonasında həyata keçirilən “BioPharmax” layihəsi Azərbaycanda müxtəlif  tibbi məhsulların istehsalının genişləndirilməsini nəzərdə tutur. 

Bildirilib ki, əczaçılıq sənayesində mövcud və tikilməkdə olan müəssisələr üzrə ümumi investisiyaların həcmi 265 milyon manatdan çoxdur.

Diqqətə çatdırılıb ki, qarşıda duran əsas vəzifə yerli istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətinin artırılması və xaricdən asılılığın azaldılmasıdır.

Tədbirdə əczaçılıq sahəsində aktual məsələlərə dair müzakirələr aparılıb. 

İqtisadiyyat Nazirliyi əczaçılıq sənayesi Azərbaycan əczaçılıq sektoru dərman istehsalı yerli dərman istehsalı qeyri-neft sənayesi iqtisadiyyatın şaxələndirilməsi Mikayıl Cabbarov Səhiyyə Nazirliyi Rasim İsmayılov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Zaur Əliyev TƏBİB Vüqar Qurbanov dərman təminatı Pirallahı Sənaye Parkı əczaçılıq sənaye parkı Pirallahı investisiyaları Diamed Co R-Pharm Azərbaycan Falck Supreme Pharmatech dərman və tibbi ləvazimat istehsalı əczaçılıq investisiyaları Scandens Pharmaceutical Industries yeni dərman zavodu müasir əczaçılıq texnologiyaları Ələt azad iqtisadi zonası BioPharmax layihəsi tibbi məhsulların istehsalı əczaçılıq layihələri dərman bazarının inkişafı idxaldan asılılığın azaldılması yerli istehsalın genişləndirilməsi rəqabətqabiliyyətli dərman istehsalı səhiyyə və sənaye əməkdaşlığı investisiya portfeli sənaye parkları Azərbaycan əczaçılıq strategiyası
25.12.2025 16:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18