Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Kənd Təsərrüfatı Nazirliyi İtaliyanın “ENİ” şirkəti və SOCAR ilə birlikdə deqradasiya uğramış torpaqlarda pilot layihə həyata keçirir. İlkin nəticələrə görə, seçilmiş sortların toxumlarından alınan yağların ölkəmizdə kənd təsərrüfatının yeni istehsal sahəsi kimi bioyanacaq və ya mühərrik yağlarının istehsalında istifadəsi perspektivinin olduğu qənaətinə gəlinib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2024-cü il tarixində İtaliyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Eni S.P.A” şirkəti arasında imzalanmış anlaşma memorandumun icrası ilə bağlı işlər icra edilməkdədir.
Marja.az Kənd Təsərrüfatlı Nazirliyinə istinadən xəbər verir ki, Anlaşma memorandumu ölkəmizdə deqradasiyaya uğramış torpaqlarda neft və onun törəmələrinə alternativ olacaq yağlı bitkilərin əkilməsi, növbəli əkin sistemində siderat bitkilərin tətbiqi ilə torpaq keyfiyyətinin yaxşılaşdırılması və istifadə edilmiş bitki yağları tullantılarının valorizasiyasının qiymətləndirilməsini əhatə edir. Həmçinin, memodarundum özündə “ENI” şirkətinin qabaqcıl təcrübəsi əsasında ölkədə mövcud ənənəvi neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanlarıda araşdırılacaq.
2025-ci il üzrə qeyd edilmiş istiqamətdə işlərin icrası məqsədi ilə hazırlanmış fəaliyyət planına uyğun olaraq pilot layihənin icrasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən şoran ərazilərdə istehsal səmərəliliyinin təmin olunması və deqradasiyaya uğramış torpaqların münbitliyinin bərpası istiqamətində Kürdəmir Təcrübə Sınaq Stansiyasında ”Azərbaycan şəraitində yağlı bitkilərin becərilmə perspektivlərinin təyin edilməsi” adlı pilot layihə üzrə yazlıq təcrübə əkinləri aparılıb.
Qeyd edilib ki. qlobal iqlim dəyişikliyi şəraitində neft və onun törəmələrinə alternativ olaraq bioyanacaq istehsalında yağlı bitkilərin istifadəsinin aktuallığı artmaqdadır və pilot layihə bu istiqamətdə ölkəmizin potensial imkanlarını öyrənməyi hədəfləməkdədir. İqlim dəyişikliyinin təsirlərini yumşaltmaqla və kənd təsərrüfatı istehsalında yeni bitki növlərinin, eləcə də hər bölgənin torpaq və iqlim şəraitinə uyğun sortların istifadəsinin zəruriliyi nəzərə alınaraq ilkin olaraq İtaliyadan gətirilmiş yağlı bitkilərin Azərbaycan şəraitində təcrübə əkinləri aparılıb. Burada əsas məqsəd yeni sortların ölkə şəraitinə uyğunlaşma qabiliyyətini, məhsuldarlığını, biotik və abiotik stress amillərinə davamlılığını müəyyənləşdirmək və yeni becərmə texnologiyalarını tətbiq etməkdir.
Layihənin icrası zamanı bitki toxumlarının cücərmə qabiliyyətinin ISO standartına uyğunluğu, əkin sahəsi torpağının aqrokimyəvi göstəriciləri və suvarma suyunun kimyəvi tərkibi təyin edilməklə gübrə norması müəyyən olunub, təsdiqlənmiş səpin normaları və əkin sxemi üzrə təcrübə qoyulub. Təcrübədə xardal bitkisinin (Camelina sativa (L.) Crantz və Crambe abyssinica Hochst. ex R.E.Fr.) “Fms Brilhante”, “Caroline” və “Omega”, saflorun (Carthamus tinctorius L.) “CAR. Cw 99ol” və “Oscar”, günəbaxanın (Helianthus annuus L.) “RGT Angello”, “RGT Volcano”, “RGT Capitoll” və “Idillic”, gənəgərçəyin (Ricinus communis L.) “Mia”, “Tamar”, “Bhim+”, “Gch9” və “Evf701” sortlarından istifadə edilib.
Vegetasiya dövründə fenoloji müşahidələr aparılaraq bitkilərin inkişaf fazaları qeyd edilib, fotosintetik parametrlərdən yarpaqların assimilyasiya səthi sahəsi ölçülüb, əkinlərdə fitosanitar vəziyyət qiymətləndirilib. Sortlar üzrə bitkilərin vegetativ və generativ inkişaf xüsusiyyətləri, yetişmə dövründə dən məhsuldarlığı təyin edilib.
Aparılmış tədqiqatın ilkin nəticələrinə əsasən, saflor bitkisinin hər iki sortunun, günəbaxan bitkisinin “RGT Angello” (6,74 t/ha) və “Idillic” (6,23 t/ha), eləcə də mexaniki yığıma yararlı Braziliya mənşəli “Tamar” (2,53 t/ha) və Hindistan mənşəli hündürboylu “Bhim+” (2,80 t/ha) gənəgərçək sortlarının məhsuldarlığa görə digərlərinə nisbətən daha üstün olduğu müəyyən edilib.
Ümumilikdə əldə edilən ilkin nəticələrə görə, seçilmiş sortların toxumlarından alınan yağların ölkəmizdə kənd təsərrüfatının yeni istehsal sahəsi kimi bioyanacaq və ya mühərrik yağlarının istehsalında istifadəsi perspektivinin olduğu qənaətinə gəlinib.
Anlaşma memorandumu çərçivəsində pilot layihələrin icrası davam etdirilməkdədir. Elmi nailiyyətlərin dərc oluinması, yeni bitki növlərinin təcrübə əkinlərinin qoyulması, deqradasiyaya uğramış torpaqlarda bu bitkilərin əkinin iqtisadi qiymətləndirilməsi və ölkə üzrə bioyanacaq və ya mühərrik yağlarının istehsalında geniş həcmli əkin prespektivləri qiymətləndiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 15 d. əvvəl
-
- 46 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
-
1 saat əvvəl
Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
-
1 saat əvvəl
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
-
1 saat əvvəl
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni artımla orta aylıq pensiya 593, yaşa görə orta aylıq pensiya 632 manata çatıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar
Ən çox oxunanlar
XalqKart-ı indi pulsuz əldə edin
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb























