Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Ukraynanın ABŞ-la birgə hazırladığı sülh planının 20 bəndi açıqlanıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüş zamanı məlumat verib.
O vurğulayıb ki, söhbət müharibənin başa çatdırılmasına dair əsas (baza) sənəddən gedir.
Zelenskinin sözlərinə görə, Rusiya bu plana münasibətini artıq 24 dekabrda Amerika tərəfi ilə keçiriləcək görüş zamanı bildirməlidir.
Zelenski onu da qeyd edib ki, Ukrayna həssas məsələlərin, ilk növbədə də ərazilərin taleyi üzrə ABŞ Prezidenti ilə liderlər səviyyəsində görüşə hazırdır.
Bəndlər aşağıdakılardır:
1. Ukraynanın suverenliyinin təsdiqlənməsi.
2. Rusiya və Ukrayna arasında hücum etməmək haqqında müqavilə, təmas xəttində monitorinq.
3. Təhlükəsizlik zəmanətləri.
4. Sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayı – 800 min nəfər.
5. ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddə nümunəsində təhlükəsizlik zəmanətləri verəcək. Əgər Rusiya Ukraynaya yenidən müdaxilə edərsə, hərbi cavab və sanksiyaların bərpası olacaq.
6. Rusiya Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək.
7. Ukrayna müəyyən edilmiş müddətdə Aİ-nin üzvü olacaq - Ukrayna üzvlük tarixinin rəsmən təsbit olunmasını istəyir.
8. İnvestisiyalarla bağlı ayrıca sazişdə müəyyən ediləcək qlobal inkişaf paketi.
9. Bərpa məsələlərinin həlli üçün bir neçə fond yaradılacaq. Məqsəd – 800 milyard dollar cəlb etməkdir.
10. Ukrayna ABŞ-la azad ticarət sazişinin bağlanması prosesini sürətləndirəcək.
11. Ukraynanın nüvəsiz statusu.
12. Zaporojye AES. Burada kompromis yoxdur. ABŞ üçtərəfli idarəetmə təklif edir və amerikalılar əsas menecer olurlar. Ukraynanın kompromis təklifi: ABŞ və Ukrayna – 50/50.
13. Məktəblərdə müxtəlif mədəniyyətlərin anlaşılmasını və tolerantlığı təşviq edən, irqçilik və qərəzi aradan qaldıran təhsil proqramları.
14. Ərazilər. Ən çətin bənddir. Variantlardan biri – Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxır. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə “harada dayanmışıqsa, orada qalırıq”.
Rusiya Ukraynanın Donetsk vilayətindən çıxmasını istəyir, ABŞ isə kompromis olaraq azad iqtisadi zona təklif edir. Əgər “harada dayanmışıqsa, orada qalırıq” variantı üzrə razılıq əldə olunmasa, azad iqtisadi zona yalnız referendum yolu ilə qəbul edilə bilər və bu halda bütün sənəd referenduma çıxarılmalıdır.
15. Rusiya və Ukrayna razılaşmaları güc yolu ilə dəyişməmək öhdəliyini götürür.
16. Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə mane olmayacaq. Kinburn burnu demilitarizasiya ediləcək.
17. Bütün əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi, mülki şəxslərin, uşaqların və siyasi məhbusların geri qaytarılması.
18. Ukrayna saziş imzalandıqdan sonra mümkün qədər tez seçkilər keçirməlidir.
19. Bu saziş hüquqi cəhətdən məcburi olacaq. Onun icrasına Trampın rəhbərlik etdiyi Sülh Şurası nəzarət edəcək.
20. Bütün tərəflər bu razılaşmalarla razılaşdıqdan sonra dərhal tam atəşkəs qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 10 d. əvvəl
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
-
1 saat əvvəl
Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
-
1 saat əvvəl
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
-
1 saat əvvəl
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni artımla orta aylıq pensiya 593, yaşa görə orta aylıq pensiya 632 manata çatıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar
Ən çox oxunanlar
XalqKart-ı indi pulsuz əldə edin
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb























