970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu dövlət şirkətinə 245 milyon manata yaxın faizsiz kredit verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ildə Hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün Şirkətə 42 milyon 662 min manat subsidiya ayırmışdır.

Bu barədə Marja.az "Bakı Metropoliteni" QSC-nin 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Maliyyə Hesabatları və Müstəqil Auditor Hesabatına istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci ildə Şirkət Hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73 milyon 630 min manat kapital vəsaiti almışdır. 20 fevral 2025-ci il tarixində Şirkət Maliyyə Nazirliyindən ilin sonunda qaytarılmaq şərti ilə 244 milyon 800 min faizsiz kredit almışdır.

24 iyul 2025-ci il tarixində Şirkətin Tikinti bölməsi onun funksiyalarının ixtisaslaşmış təşkilatlara ötürülməsi məqsədilə ləğv edilmişdir. Qeyd edilib ki, bu addım tikinti idarəçiliyində çevikliyi, səmərəliliyi və müasirləşməni artırmaqla yanaşı, korporativ strukturu sadələşdirmək və idarəetmə xərclərini azaltmaq məqsədi daşıyır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 1 oktyabr 2025-ci il tarixindən etibarən sərnişindaşıma tarifinin 50 qəpikdən 60 qəpiyə qaldırılmasını təsdiq etmişdir. 

İş elanları AzVak.az-da

Bakı Metropoliteni subsidiya sərnişindaşıma tarifləri Hökumət dəstəyi 2025 Maliyyə Hesabatı əsas tikinti vəsaiti vaqonların alınması infrastrukturun inkişafı kapital vəsait faizsiz kredit Maliyyə Nazirliyi Tikinti bölməsinin ləğvi idarəetmə səmərəliliyi korporativ struktur sadələşdirilməsi sərnişindaşıma xidməti keyfiyyəti rəqəmsal inkişaf və nəqliyyat tarifin artırılması 50 qəpikdən 60 qəpiyə Marja.az xəbər nəqliyyat sektorunda maliyyə dəstəyi Bakı Metropoliteni investisiyaları sərnişindaşıma xərclərinin kompensasiyası
22.12.2025 11:56

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18