“Bonaqua” Azərbaycanda milli tərəfdaşlıq layihələrini genişləndirir
“Şamaxı” Futbol Klubu “Bonaqua”nın ən yeni tərəfdaşlarından biridir.(®) 2025-ci ildə “Bonaqua” suları “Beynəlxalq Dad İnstitutu” tərəfindən “Üstün Dad Mükafatı”na layiq görülüb. Bu mükafat “Bonaqua”nın zəngin dadının və üstün istehsal keyfiyyətinin beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildiyini sübut edir.
Təsadüfi deyil ki, Azərbaycanda keçirilən bir çox milli və beynəlxalq tədbir “Bonaqua”nı su tərəfdaşı kimi seçir. Bakı-2015 Avropa Oyunlarından Bakı-2017 İslam Oyunlarına, beynəlxalq velosiped turnirlərindən beynəlxalq cüdo çempionatlarına və bir sıra milli yarışlara qədər olan tədbirlərin su təchizatçısı “Coca-Cola” şirkətinin “Bonaqua” sularıdır. “Bonaqua”nın ən yeni tərəfdaşlarından biri kimi “Şamaxı” Futbol Klubunun qeyd edə bilərik.
“Şamaxı” FK-nın İdarə Heyətinin sədri Elçin Usub bu tərəfdaşlıqdan məmnunluğunu bildirib: “Artıq 1 ildən artıqdır ki, “Coca-Cola Azərbaycan” şirkətinin “Bonaqua” su markası “Şamaxı” Futbol Klubunun rəsmi içməli su tərəfdaşıdır. Bu əməkdaşılq çərçivəsində “Bonaqua” futbolçularımızı məşqlər, oyunlar və səfərlər zamanı yüksək keyfiyyətli içməli su ilə təmin olunmasını fasiləsiz şəkildə həyata keçirir. Klub olaraq bu tərəfdaşlığı şirkətin Azərbaycan futboluna, xüsusi ilə də regionu təmsil edən komandaya əvəzsiz və örnək dəstəyi kimi qiymətləndiririk. Bu səbəbdən, bizə inanaraq, güvənərək yanımızda olan şirkət rəhbərliyinə göstərdiyi etimada və diqqətə görə təşəkkür edirik. Əməkdaşlığımızın gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq”.
Yüksək keyfiyyətli brend 2025-ci ildə də bir sıra sosial, idman və mədəniyyət yönümlü layihələrin tərəfdaşı kimi də çıxış edərək cəmiyyətin inkişafına töhfə verməkdə davam edir.
Belə ki, BonAqua brendi Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyinin birgə həyata keçirdiyi “Üfüq” Karyera İnkişaf Proqramı, Nərgiz Fond ilə birgə “İftar çadırları” layihəsi, Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan İctimai Birliyinin XI Milli Seçim Konfransı, “Nizami Gəncəvi” adına Mədəniyyət və İstirahət Parkında Novruz bayramı münasibətilə keçirilən “Xonça Fest” festivalı və bu yaxınlarda baş tutan Beynəlxalq Barbekü Festivalı kimi bir çox sosial layihələrin əsas tərəfdaşıdır.
Coca-Cola şirkətinin yüksək keyfiyyət standartlarına uyğun şəkildə, çoxmərhələli təmizləmə prosesi ilə istehsal edilən “Bonaqua” süfrə suları şirkətin portfelində yumşaq dadı ilə seçilir. “Bonaqua suyu” istehsal prosesi zamanı bir neçə mərhələdə təmizlənir, müasir laboratoriyalarda analiz edilir və beynəlxalq keyfiyyət standartlarına tam uyğunlaşdırılaraq qazlı və qazsız formada qablaşdırılır. Brend maqnezium sulfatı, kalium xlorid və natrium xlorid kimi minerallarla balanslaşdırılaraq suyun təravətini qoruyur. Şirkətin ISO 14001, 18001 və 22001 sertifikatlarına malik olması, “Bonaqua”nın da keyfiyyət və təhlükəsizlik sahəsində dünya standartlarına sadiqliyini təsdiqləyir.
Qeyd edək ki, “Bonaqua” brendi “Coca-Cola” şirkətinin yüksək keyfiyyətli içkilər portfelinə daxildir. Brendin istehsalında müasir texnologiyalarla təmizlənmiş təbii su mənbələrindən istifadə olunur.
Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
-
3 saat əvvəl
Nərimanovda, metroya yaxın premium mənzillər faizsiz kredit imkanı ilə satışda
-
4 saat əvvəl
Pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Fermerlər heyvanlarını daha çox sığortalayır: göstərici 2 dəfə yüksəlib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Azərbaycan Rusiyaya nota verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
AccessBank tenderlər elan edib
Qlobal ərzaq qiymətləri 5 aydır fasiləsiz düşməkdə davam edir
Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Stellantis şirkətinin səhmləri yüksək məbləğdə zərər açıqlamasından sonra kəskin ucuzlaşıb
Bu bank nağd pul kreditləri üzrə faiz dərəcələrini aşağı saldı
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib





















