Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
“Startap” şəhadətnaməsi almaqla vergi güzəşti əldə etmiş sahibkarların sayı 238-ə çatıb.
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib.
Marja xəbər verir ki, İclasda KOB subyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnamələri "OpenConnect" MMC-nin startap investor platforması, "LULLA" MMC-nin uşaqlar və valideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi, "İMYEN" MMC-nin tibbi radiologiya sahəsində süni intellekt funksiyalı proqram təminatı, "Vebtypely" MMC-nin “no-code” əsaslı vebsaytların hazırlanması üçün onlayn platforması, "JSM Solutions" MMC-nin biznes üçün CRM tətbiqi, "Yolüstü Service" MMC-nin müxtəlif istiqamətlər və marşrutlar üzrə nəqliyyat axtarış və sifariş sistemi, "Parkhub" MMC-nin parkinq yerlərinin axtarışı və istifadəsi üçün mobil tətbiqi, "Bishir" MMC-nin yemək həvəskarlarını birləşdirən sosial şəbəkə platforması, "Time Agency" MMC-nin tədbirlərin təşkili üçün mobil tətbiqi, fərdi sahibkarlar Bayram Süleymanovunaqrar xidmətlərin axtarışı və sifarişi üçün rəqəmsal platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil platforması, Ağa Əlislamovun virtual sərgilər, konfranslar və şəbəkələşmə tədbirləri üçün onlayn platforması,Arif Babayevin süni intellektə əsaslanan avtomatik proqramlaşdırma üçün onlayn platforması, “Sale 365" MMC-nin əməkdaş motivasiyası və biznesin inkişafı üçün rəqəmsal platforması, "Onvey" MMC-nin onlayn ticarət və çatdırılma xidməti üçün platforma və mobil tətbiqi, "Kinobox" MMC-nin onlayn kinoteatr, "İşgüzar Group" MMC-nin müxtəlif xidmətlər üçünonlayn marketpleysi və "SETM" MMC-nin pirotexniki vasitələrin və partlayıcı qurğuların məsafədən idarəolunması üçün proqram-aparat kompleksi layihələri üçün təqdim edilib.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 238-ə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün:
https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 49 d. əvvəl
-
56 d. əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
2 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan fındığı xaricə daha baha satılıb, ixracından gəlirlər artıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
Aztəminatlı ailələrə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib - SƏRƏNCAM
“AzInTelecom” və Azərbaycan Uşaq Fondunun birgə layihəsi – “SİMA missiyası” kitabı işıq üzü gördü
















.jpg)



.jpg)

