ABB bu dəfə səhiyyə sektorunu araşdırdı!
ABB daha bir araşdırma-hesabatını ictimaiyyətlə bölüşüb. Bankın hazırladığı yeni hesabat səhiyyə sektoruna həsr edilib.
Hazırda dünya sürətlə artan xroniki və yoluxucu xəstəliklər, demoqrafik yaşlanma, institusional resursların məhdudluğu kimi ciddi çağırışlarla üz-üzədir. Ürək-damar xəstəlikləri, xərçəng və diabet kimi qeyri-yoluxucu xəstəliklərin genişlənməsi, peyvənd təminatındakı fasilələr və antimikrob müqavimətinin yüksəlməsi ölkələrin səhiyyə sistemlərinin dayanıqlılığını zəiflədir.
2050-ci ilə qədər bütün dünyada yaşı 60-dan çox olan əhali sayının 2 milyardı keçəcəyi gözlənilir. Bu da uzunmüddətli tibbi xidmətlərə və inkişaf etmiş diaqnostik imkanlara tələbatı kəskin artıracaq. Bu baxımdan Azərbaycanın səhiyyə sektorundakı vəziyyətin təhlili də çox aktualdır.
ABB-nin təqdim etdiyi hesabatda ölkəmizin demoqrafik göstəriciləri, səhiyyə xərcləri, insanların ömür müddəti, xəstəliklərdən ölüm səbəbləri, xəstə vətəndaşların sayı, müalicə-profilaktika xidmətləri və s. ilə bağlı detallı məlumatlar, sektorda aparılan islahatları dəstəkləyən təkliflər var.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 44 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)






