"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
1 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin (Sizin Lombard brendi) 2 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Marja Birjaya istinadən xəbər verir ki, qeyd olunan AZ2039020287 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 05.12.2025-ci il tarixində yekunlaşmışdır.
İstiqrazlara 50 investor 50 sifariş təqdim edib və tam məbləğdə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "GL" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2039020287
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı: 2 000 ədəd
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazların buraxılış həcmi: 2 000 000 manat
Kupon faizi: 15%
Ödəmə Periodu: Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir
Tədavül müddəti: 7 il
Hərrac qiyməti*: 1 000 manat
Reallaşdırılmış həcm: 2 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 2 000 000 manat
İnvestor sayı: 50
Sifariş sayı: 50
Anderrayter: “İnvest-AZ İnvestisiya Şirkəti” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
10 d. əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 11 d. əvvəl
- 20 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
1 saat əvvəl
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
9% gəlir təklif edən dollar istiqrazları üzrə hərrac keçiriləcək - TARİX AÇIQLANDI
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Ən çox oxunanlar
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
Azərbaycan neftinin son qiyməti
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
Rəsmi məzənnələr açıqlandı
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb


















