Qızıla pul yatıranlar ABŞ-da açıqlanacaq kritik məlumatları gözləyirlər -Bazarlarda "nəfəslər tutulub"
23:00 USD Fed Interest Rate Decision 3.75% 4.00%Dolların zəifləməsi qızılın qiymətinə müəyyən dəstək verərkən, ABŞ xəzinə istiqrazlarının yüksələn gəlirləri bu dəstəyi məhdudlaşdırır. İnvestorlar isə gələn həftə keçiriləcək ABŞ Mərkəzi Bankının (FED) iclasını və bu iclas öncəsi açıqlanacaq və faiz siyasəti istiqamətində ipucu verəcək mühüm inflyasiya məlumatlarını gözləyirlər.
Marja xəbər verir ki, qızılın qiməti təxminən sabit qalıb, gün ərzində 0,28% artımla 4218 dollara yüksəlib (Bakı vaxtı ilə saat 13:10-a olan məlumat) və həftəni 0,5% azalma ilə bağlamağa hazırlaşır.
10 illik ABŞ xəzinə istiqrazlarının gəlirliliyi son iki həftənin ən yüksək səviyyələrinə yaxın qalıb, dollar isə böyük valyutalar qarşısında beş həftənin ən aşağı səviyyələrinə yaxın zəifliyini qoruyub saxlayıb.
"Nirmal Bang Commodities"in tədqiqat direktoru Kunal Shah deyib:
"Bazarlar, FED-in növbəti addımını gözləyən yeni bir təkanverici səbəb axtarır. Noyabr ayındakı qısa yüksəlişdən sonra qızıl konsolidasiya olunur, lakin gələcək trendlər yüksəliş yönündə görünür."
Shah əlavə edib ki, yüksək istiqraz gəlirləri qızıl qiymətlərinə təzyiq göstərməyə davam edir.
ABŞ-da cümə axşamı açıqlanan məlumatlar göstərib ki, işsizlik müavinəti üçün müraciətlər keçən həftə 191 minə düşüb və bu son üç ilin ən aşağı səviyyəsidir. Gözlənti isə 220 min idi.
Çərşənbə günü açıqlanan ADP məlumatları isə özəl sektorda çalışan işçilərin sayı noyabr ayında 32 min azaldığını göstərib; bu, son iki buçuk ilin ən kəskin azalışıdır.
Zəif məşğulluq göstəriciləri, FED-in gələn həftə keçiriləcək iclasında faiz endirimi ehtimalını 90%-ə qaldıraraq bazarlarda güclü gözlənti yaradıb. Böyük broker şirkətləri də 9–10 dekabr tarixli iclasda faiz endirimi gözləyir. Proqnozlara görə, FED 10 Dekabr 2025-ci il tarixində, Bakı vaxtı ilə saat 23:00-da faiz aralığını 0,25 faiz bəndi də azaldaraq 4%-dən 3,75%-ə salacağı barədə məlumat açıqlayacaqdır.
Gözləniləndən zəif iqtisadi göstəricilər, faiz endirimi gözləntilərini artıraraq dolların ucuzlaşmasına səbəb olur. Faizlərin azalması, gəlir gətirməyən qızıl kimi aktivləri daha cəlbedici edir.
Bu gün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-ın Əsas PCE Qiymət Indeksi (Core PCE Price Index) açıqlanacaqdır. PCE, Federal Ehtiyat Sistemi (FED) üçün ən vacib inflyasiya göstəricisidir. Sentabr ayında ABŞ-da əsas inflyasiyanın aylıq 0.2%, illik müqayisədə isə 2,9% artacağı gözlənilir. ABŞ-da avqustda inflyasiya aylıq müqayisədə 0,2%, illik müqayisədə 2,9% artmışdı. ABŞ-da sentyabrda inflyasiya sabit qalsa belə, bu nəticələr FED-in faizərini sabit saxlayacağı ehtimalını azaldır, hətta gələcək aylar üçün faiz endirimi gözləntilərini gücləndirə bilər.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
15 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
15 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir























