Azercell Beynəlxalq Robot Olimpiadasının Azərbaycandakı rəsmi sponsoru oldu
Mobil operatorun dəstəyi ilə gələcəyin texnologiya mütəxəssisləri “RobotChallenge”də yarışacaq(®) Azercell ölkədə innovasiya və texnoloji bacarıqların inkişafını təşviq edən daha bir layihəyə dəstək verir. Mobil operator dünyanın ən böyük və nüfuzlu robototexnika yarışlarından biri hesab olunan Beynəlxalq Robot Olimpiadasının (“RobotChallenge”) Azərbaycandakı rəsmi sponsorlardan biri qismində çıxış edəcək.
Bu əməkdaşlıq çərçivəsində Azercell 2026-ci ildə keçiriləcək ölkə üzrə milli seçim mərhələsinin təşkilini dəstəkləyəcək.
Yarışa qeydiyyat Proqramlaşdırma üzrə (onlayn formatda) 18 fevral 2026-ci il, Robototexnika üzrə isə 25 mart 2026‑cı il tarixlərinədək açıqdır.
2004-cü ildən etibarən keçirilən bu qlobal texnologiya festivalı hər il 80-dən çox ölkədən minlərlə gənc mühəndis və proqramçıları bir araya gətirir. Layihənin əsas məqsədi robototexnika sahəsinə marağı artırmaq, STEAM yönümlü biliklərə malik məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Seçim turunda yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində baş tutacaq beynəlxalq finalda təmsil edəcək.
“RobotChallenge 2026” üzrə ətraflı məlumat almaq və yarışmaya qatılmaq istəyən məktəblilər və komandalar www.robotchallenge.az ünvanına müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb




















