“Azərpoçt” “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzalayıb
“Azərpoçt” bağlamaların daşınması üçün “Silk Way West Airlines”a məxsus qlobal uçuş şəbəkəsindən istifadə edəcəkAZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC və regionun aparıcı yükdaşıyıcılarından olan “Silk Way West Airlines” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum poçt logistikası, hava nəqliyyatı və e-ticarət daşımaları sahələrində tərəfdaşlığın gücləndirilməsini və qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda beynəlxalq və yerli yük daşımaları, poçt çeşidlənməsi, anbar xidmətləri və logistika proseslərinin optimallaşdırılması kimi istiqamətlərdə strateji əməkdaşlığı müəyyən edir.
Hər iki qurum öz təcrübə və infrastruktur imkanlarını birləşdirərək Azərbaycanın daxilində və xaricində poçt və yükdaşımanın səmərəliliyini artırmağı hədəfləyir.
Memoranduma əsasən, “Azərpoçt” beynəlxalq e-ticarət bağlamalarının və poçt göndərişlərinin Bakıya və digər istiqamətlərə daşınması üçün “Silk Way West Airlines”a məxsus qlobal uçuş şəbəkəsindən istifadə edəcək. Bu, yük həcmini artıracaq, eyni zamanda ölkə daxilində çeşidləmə, son çatdırılma və emal əməliyyatlarını təmin edəcək.
Qeyd edək ki, əməkdaşlıq, həmçinin Ələt Azad İqtisadi Zonasında yeni imkanların yaranmasına təkan verəcək. Tərəflər burada birgə logistika həlləri və müasir paylama modellərinin tətbiqini planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
16 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 39 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib







.jpg)








.jpg)



