İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin əməkdaşlığı ilə “Yaşıl artım portalı”nın yeni versiyası yaradılıb
İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin əməkdaşlığı ilə “Yaşıl artım portalı”nın yeni versiyası yaradılıb.
Ötən il Bakıda keçirilən COP29 zamanı təqdim olunan və İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış qlobal “Yaşıl artım portalı” (Green Growth Portal) enerji keçidi üçün zəruri məlumatları özündə birləşdirərək ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə dəstək verir. Portalda interaktiv analitik alətlər vasitəsilə yeni sənaye sahələrinin, bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşması üçün mövcud imkanlar təqdim olunur.
COP29 irsinin davamı kimi bu layihə çərçivəsində artıq 1,7 milyondan çox istifadəçiyə xidmət göstərilir. Portal Harvard Universitetinin “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of Economic Complexity) inteqrasiya olunub və ölkələrin iqtisadi inkişaf imkanlarına dair təhlil və məlumat bazasına çıxış təqdim edir.
Portalın yeni versiyası funksional baxımdan təkmilləşdirilib və bir sıra innovativ xüsusiyyətlərlə zənginləşdirilib. Bu barədə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman sosial mediada paylaşım edərək bildirib ki, Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən layihə sayəsində “Growth Lab” hazırda 140 ölkəyə 2 trilyon dollarlıq qlobal enerji keçidi imkanında necə iştirak edə biləcəklərinə dair məlumatları təqdim edə bilir.
https://x.com/ricardo_hausman/status/1986147327975846034
Alətin məqsədi ölkələrə hansı məhsulları istehsal etməklə enerji keçidi prosesində iştirak edə biləcəklərini göstərməkdir. Portal həmçinin Greenplexity İndeksi adlı göstəricini təqdim edir. Bu indeks ölkələri qarşıdakı enerji keçidinə hazırlıq səviyyəsinə görə sıralayır. Greenplexity İndeksinə əsasən, ilk beşlikdə Yaponiya, Almaniya, Çexiya, Fransa və Çin qərarlaşıb.
Qeyd edək ki, Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin əməkdaşlığı nəticəsində yaradılmış “Yaşıl artım portalı”nın yekun versiyası qlobal ictimaiyyətə təqdim ediləcək.
Bu layihə Azərbaycanın aşağı karbonlu, innovasiyaya əsaslanan və bilik yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində apardığı məqsədyönlü siyasətin növbəti mühüm addımı hesab olunur. Həmçinin layihə Azərbaycanın yaşıl keçidin iqtisadi imkanlarının genişləndirilməsi və iqlim dayanıqlığının möhkəmləndirilməsi istiqamətində beynəlxalq səviyyədə liderliyini daha da gücləndirir.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
15 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
15 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir





















